“Müəyyən beynəlxalq dairələr Türkiyəni cəzalandırmaq istəyir”
“Türkiyə NATO-nun yeganə üzvü olaraq beynəlxalq prinsiplərin pozulmasına, bir ölkənin digərinin ərazisini işğal etməsinə, etnik təmizləmə siyasətinin aparılmasına öz etirazını bildirərək işğalçı Ermənistanla sərhədlərini bağlayıb”.
APA-nın məlumatına görə, bunu YAP-ın saytına açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova deyib. B.Muradova bildirib ki, təcavüzkar dövlətə belə münasibətin göstərilməsi digər ölkələrə də bu kimi məsələlərdə hansı mövqe tutmaları üçün bir nümunədir: “Ancaq Türkiyə bunun müqabilində beynəlxalq təzyiqlərə məruz qalır”.
B.Muradova qeyd edib ki, müəyyən beynəlxalq dairələr bu mövqeyinə görə Türkiyəni cəzalandırmaq istəyir: “Cəza isə sərhədlərin açılması tələbidir, Türkiyəni buna məcbur etməkdir”.
Vitse-spikerin sözlərinə görə, NATO-nun təlimləri çərçivəsində sərhədlərin açılması Türkiyəni Ermənistan qarşısında geri çəkilməyə vadar etmək, qısa müddətli də olsa, sərhədləri açmaq və bunu təkrar olunan hadisəyə çevirmək məqsədi daşıyır: “Çünki Ermənistanda keçirilən təlimlər humanitar təlimlərdir və oraya avadanlıqların Türkiyədən gətirilməsi mütləq deyil. NATO-nun həmin avadanlıqları Ermənistana başqa istiqamətdən də gətirmək imkanı var. Hal-hazırda Türkiyəyə bu təzyiqlərin göstərilməsi məhz həmin tədbirdən istifadə edərək sərhədlərin qısamüddətli açılmasına və sonradan isə davamlı olmasını tələb etmək cəhdinin olduğunu ortaya qoyur. Amma düşünürəm ki, Azərbaycan və Türkiyə cəmiyyəti bu layihəyə qarşı çıxmaqda haqlıdır və bu mövqe sona qədər davam etməlidir. Hesab edirəm ki, Türkiyə hökuməti bu dəfə də beynəlxalq təzyiqlərin qarşısında dayanmağı bacaracaq, özünün, Azərbaycanın, eləcə də bölgədə maraqlarımıza uyğun siyasət yeritməklə Ermənistanla sərhədlərin açılmasına imkan verməyəcək”.

Oxşar yazılar

Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29
Rəcəb Tayyib Ərdoğan Azərbaycana gəldi
4 iyul 2025 , 12:07Rusiya konsulu “Sputnik Azərbaycan”ın Bakıda həbsdəki icraçı direktoru və şef redaktoru ilə görüşdü - YENİLƏNİB
3 iyul 2025 , 23:16
Məclis başqanının seçilməməsinə “eşşəklərlə” etiraz edildi
3 iyul 2025 , 22:07