Aysel Əlizadə yazır: “Düyün” - ON BEŞİNCİ MƏKTUB
Biz Avropaya ahh...ehh.. uçururuq, Erməni Xocalıdan “samolyot” uçurur. Ciddi, doğruçu samolyot. ABŞ Dövlət Departamentinin mətbuat katib Viktoriya Nuland bu məsələylə bağlı bilirsiz də nə deyib? Xanım əfəndi aeroport konfliktini diplomatik yolla çözməyi təklif edir. Deyir, bu məsələdə Ermənistanla Azərbaycan arasında mülki hava əlaqəsi, beynəlxalq sazişlər, beynəlxalq hüquq, dünya praktikası nəzərə alınmalıdı.
Bilmirsən bu, bizə “beynəlxalq hüquq icazə vermir, qanunlara müraciət edin” – işarəsidi, yoxsa “samolyotu yola verin uçsun” deməkdi...
Onu bilirəm ki, bir gün ermənilər həmin o “samolyotlara” doluşub Xocalıdan dünyaya gedib-gələsi olsalar, heç nə edə bilməyəcəyik.
Zamanla öyrəşəcəyik. Və hər şey bitəcək! Gecikmiş çözüm olmur...
Evini hasarlayıb içinə girməyin də adı yoxdu, əlbəttə.
Ölkələr arasındakı sərhədin də...
Ancaq bu artıq faktdısa, sərhədlər, hərənin öz qarışı, öz ərazisi varsa, bu ərazini qorumaq öhdəliyi də var demək.
Yaşadığımız evin qapısını açıq qoymuruq axı. Harasa gedəndə onu qıfıllayıb gedirik. Yadlardan, oğrulardan, hamıdan qoruyuruq.
.
Bir-birimizin ağzına yox, Vətənin qapısına möhkəm qıfıl asmaq gərəkdi axır-əvvəl.
Yoxsa tamamən abrımız gedəcək.
Yalnız bu açıdan. Yoxsa, məndən olsa, sərhədləri açın, insanlar qucaqlaşsınlar,deyərəm.
Çözüm nələrinsə bahasına gerçəkləşir. Qurbanlar verməli olursan. Bütün həyat çözümdü zatən. Düyün açmaqla məşğuluq onsuz da. Həyat əngəlləri aşmaqdısa onu şikayət etməklə, öz içini yeyib bitirməklə başa vurmaq nə adlanır?
Biz onsuz da bilirik ki, siyasət təkcə səhnədə yox, elə kulisdə də aktyor oyunudu.
Biz onsuz da bilirik ki, cəmiyyət oyunlar səltənətidi.
Onsuz bilirik ki, tamaşa sonsuz deyil və yalnız bir cür bitir - bütün qəhrəmanlar, bütün obrazlar sonda ölürlər. Ölməzlər yalnız ədəbi personajlar, miflər, uydurmalardı... Ölməzliyi başqa cür yaşatmaq, ya da yaratmaq mümkün deyil.
Dahilər mifləşənə qədər unudulur, sonra əbədi yaşamaq haqqı qazanırlar. Cəmiyyət onları yaşatmaq üçün əvvəlcə öldürür, mütləq öldürür. Çünki yalnız miflər minillərlə yaşayır, adamlar...az yaşayır, çox az...
Yazdığım bu şeir isti-isti paylaşıram Səninlə Oxucum. Bəyənsən, elə bəyənməsən də sevinəcəm... Gecən şeirə qalsın. Gözlərini nə olursa olsun, qoru...
Keçməli olduğum sular vardı
qarşıda...
başımda “necə üzürlər?” sualı
ağlımda əzizlər vardı...
Göy üzünü görmədim ki, heç...
yaşadığım yerlərdə göy üzü yox idi.
daşdan “keç” adlı bir tunel içində
bircə yol uzanırdı,
bircə yol...
Son ucda bir çıxış vardı,
Bircə çıxış...bircə yol
bircə qol çay vardı...
bir də tunel.
Atıldım sulara...
Başımda “necə üzürlər” sualı...
Bata-bata, tuta-tuta
Ora çatanda...öldüm.
Bal yapan arı misalı...

1196