ABŞ-İran  danışıqları yaxın günlərdə Pakistanda keçirilə bilər
29 mart 2026 21:41 (UTC +04:00)

ABŞ-İran danışıqları yaxın günlərdə Pakistanda keçirilə bilər

0

ABŞ və İran arasında münaqişənin tənzimlənməsi ilə bağlı danışıqların yaxın günlərdə Pakistanın paytaxtı İslamabadda keçirilməsi gözlənilir.

Lent.az xəbər verir ki, bu barədə Pakistanın xarici işlər naziri İshaq Dar Misir, Türkiyə və Səudiyyə Ərəbistanının xarici işlər nazirləri ilə keçirilən məsləhətləşmələrdən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Pakistan hər iki tərəf arasında məzmunlu danışıqlara ev sahibliyi etməyə və prosesə dəstək göstərməyə hazırdır.

Dar qeyd edib ki, həm İran, həm də ABŞ danışıqların təşkili məsələsində Pakistana etimad göstərib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 208

Oxşar yazılar