“Moderna” əczaçılıq şirkəti artıq xərçəng əlehinə peyvəndini xəstələr üzərində sınaqdan keçirir.
Lent.az Britaniyanın "The Independent" internet nəşrinə istinadla xəbər verir ki, COVID-19-a qarşı dərmanın istehsalı üçün uyğunlaşdırılmış mRNA texnologiyası orqanizmə xərçəng hüceyrələrini tanımaq və onlarla mübarizə aparmağa kömək edir.
Ekspertlər güman edirlər ki, bu peyvəndlər onkoloji xəstəliklərin əlverişli müalicəsinə gətirib çıxara bilər. Bədənə daxil olaraq mRNA-nın genetik materialı immun sistemini xərçəng hüceyrələrinin sağlam hüceyrələrdən necə fərqləndiyini "öyrədir" və onları məhv etmək üçün səfərbər edir. “BioNTech”, “Merck” və “Moderna” kimi şirkətlərin mRNA əsaslı xərçəng əleyhinə peyvəndləri bütün dünyada kiçik sınaqlardan keçib və çox ümidverici nəticələr verib.