Yeni ildə bir uşaq üçün ən təhlükəli hədiyyə kiçik maqnit toplarından hazırlanmış konstruksiya dəstidir, çünki onlar udulursa, uşağın sağlamlığı və hətta həyatı üçün ciddi risk YARANAR.
Lent.az xəbər verir ki, bu barədə dekabrın 16-da “İzvestiya”ya müsahibəsində pediatr Olqa Tatarkina bildirib.
“İlk baxışda maqnit toplarından hazırlanmış konstruksiya dəsti uşağın inkişafı üçün faydalı oyuncaqdır. Ancaq yeyilməz şeyləri dadmaq istəyi heç bir yaşda uşaqları tərk etmir. Belə bir maqnit topunu udmağın nəticələrini aradan qaldırmaq kifayət qədər sadə bir işdir. Amma iki və ya daha çox top udulursa, onu çıxarmaq çətinləşir və uşağın həyatı üçün təhlükə dəfələrlə artır”, - deyə Tatarkina xəbərdarlıq edib.