Su allergiyayasının qarşısını almaq mümkündürmü?
15 fevral 2021 19:55 (UTC +04:00)

Su allergiyayasının qarşısını almaq mümkündürmü?

Hamının bildiyi kimi su həyatdakı ən əsas ehtiyaclarımızdan biridir.  Hətta su o qədər vacibdir ki, qəbul etməmək deyil, az miqdarda içildikdə belə sağlamlığımız üçün problemlər yarada bilər. Buna görə hər sağlam insan gündə müəyyən miqdarda su istehlak etməlidir. Yaşam üçün bu qədər vacib olan su necə allergiyaya səbəb ola bilər?

Belə bir insanın həyatındakı çətinliklərini təsəvvür edə bilmirəm...

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, elmdə buna “Aquagenic” deyilir.

Bu allergiyaya səbəb olan nədir?

Elm adamları hələ də bunun dəqiq səbəbini anlamasalar da, su allergiyasının kökündəki səbəb, ölü dərimizdəki bəzi kimyəvi maddələrin su ilə qarşılıqlı əlaqədə olduqda immunitet sistemini zədələməsi olduğunu düşünürlər. Yəni xəstə suya toxunan kimi dərisi qızarmağa və qaşınmağa başlayır. Belə insanları hətta öz tərləri və göz yaşları da narahat edə bilər. Duş qəbul etmək, yağışda və qarda islanmaq, bir sözlə əzabdır. Dənizdə və ya hovuzda heç vaxt üzə bilməyəcəyini söyləməyə ehtiyac belə yoxdur.

Hansı əlamətləri var?

- Hərarət

- İltihab

- Baş ağrısı

- Yanma hissi

- Dəri qaşınması

- Ürək bulanması

Bəs su içəndə nə olur? Yəni insan su içmədən yaşaya bilməz axı, elə deyil?

Əlbəttə, lakin bəzi hallarda su içdikdən sonra su allergiyası olan xəstədə udma problemləri, nəfəs darlığı, qaşınma və ağız ətrafında qırmızılıq kimi simptomlar görünməyə başlayır.

Təbii ki, bəlkə də hamımızı düşündürən ən vacib sual budur: "Çarəsi varmı?"

Su allergiyasının hələlik müalicəsi olmasa da, təsirini azaltmaq üçün edilən bəzi variantların olduğunu söyləyə bilərik. Əlbəttə, siz yenə də mütləq bir həkimə müraciət edin!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2208
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar