Koronavirusdan  ölənlər var  - SON STATİSTİKA
02 mart 2023 18:44 (UTC +04:00)

Koronavirusdan ölənlər var - SON STATİSTİKA

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 40 yeni yoluxma faktı qeydə alınıb, 17 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 828 628 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 818 327 nəfər müalicə olunaraq sağalıb, 10 122 nəfər vəfat edib, aktiv xəstə sayı 179 nəfərdir.

Ölkədə son sutka ərzində 2 292, hazırkı dövrədək isə 7 529 191 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1548
avatar

Oxşar yazılar