Bu qidalar yuxusuzluğa SƏBƏB OLUR
15 mart 2024 05:45 (UTC +04:00)

Bu qidalar yuxusuzluğa SƏBƏB OLUR

Tərkibində kofein olan məhsullar yuxusuzluğa daha çox səbəb ola bilər.

Lent.az xəbər verir ki, bunu endokrinoloq, dietoloq, tibb elmləri namizədi Oksana Mixaleva bildirib.

Onun sözlərinə görə, qəhvə, tünd çay, şokolad yuxu ilə bağlı problemlərə gətirib çıxara bilər.

Mixalevanın bildirdiyinə görə, Kofein beyindəki adenozin reseptorlarını stimullaşdırır və yuxuya getməyi çətinləşdirə bilən ayıqlıq və enerji hissi yaradır.

"Yağlı yeməklər (yağlı ət, fast food, yağlı souslu yeməklər, qızardılmış yeməklər) mədə-bağırsaq traktına uzunmüddətli yük verir, onun işini stimullaşdırır. Bundan əlavə, bu qidalar qarın narahatlığına, ürəkbulanmaya, sağ hipokondriyumda ağırlığa səbəb ola bilər ki, bu da əlbəttə ki, sağlam yuxuya ziyan verir," deyə diotoloq  vurğulayıb. 

Həkim onu da qeyd edib ki, çox miqdarda protein qidası da uzun müddət həzmi stimullaşdırır, mədədə ağırlığa səbəb olur və yuxunu pozur.

# 2661
avatar

Oxşar yazılar