Bu ədviyyatlar bağırsaq sağlamlığını yaxşılaşdırır
15 mart 2024 07:47 (UTC +04:00)

Bu ədviyyatlar bağırsaq sağlamlığını yaxşılaşdırır

ABŞ-ın Milli Təbii Tibb Universitetinin alimləri müəyyən ediblər ki, qara bibər, darçın, zəncəfil, doğranmış soğan və sarımsağın tərkibindəki polifenolların (xüsusi bitki birləşmələri) yüksək olması səbəbindən bağırsaqların sağlamlığını yaxşılaşdıra bilir.

Lent.az xəbər verir ki, araşdırmanın nəticələri "Nutrients" jurnalında dərc olunub.

Tədqiqat zamanı alimlər 96 yetkin şəxsin sağlamlıq göstəricilərini və qidalanma vərdişlərini təhlil ediblər. Könüllülərdən yemək hazırlayarkən adətən hansı ədviyyatlardan istifadə etdiklərini və onlardan nə qədər tez-tez istifadə etdikləri öyrənilib. Alimlər həmçinin iştirakçılardan nəcis nümunələri götürüblər.

Məlum olub ki, qara bibər, darçın, zəncəfil, soğan və sarımsağın istehlak tezliyinin artması bağırsaqlarda "Lactobacillus" və "Sutterella" cinsinin bakteriyalarının sayının artmasına səbəb olub.

Alimlər bildiriblər ki, bağırsaq mikrobiomunda bu cür dəyişikliklər orqan funksiyasının yaxşılaşması ilə əlaqələndirilir.

# 3540
avatar

Oxşar yazılar