"Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq" - İlham Əliyev
23 aprel 2024 16:06 (UTC +04:00)

"Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq" - İlham Əliyev

İkinci Qarabağ müharibəsindən dərhal sonra dörd kənd məsələsini qaldırdıq. Əslində, biz həmin kəndləri heç vaxt yaddan çıxarmamışıq.

Lent.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda çıxışında deyib.

Dövlət başçısı bildirib: “Eksklavlar məsələsi başqadır, çünki o, daha mürəkkəbdir. Həmin ekskavlar digər ölkənin əhatəsində olan ərazidə yerləşir. Ona görə onlar delimitasiya prosesində həll olunmalıdır”.

# 1581
avatar

Oxşar yazılar