Türkiyə Prezidenti Zəngilanda
26 oktyabr 2021 17:21 (UTC +04:00)

Türkiyə Prezidenti Zəngilanda

Azərbaycana rəsmi səfərə gələn Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oktyabrın 26-da Zəngilanda rəsmi qarşılanma mərasimi olub.

Lent.az-ın xəbərinə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyə Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşılayıb.

Türkiyə və Azərbaycanın dövlət himnləri səslənib.

***

Oktyabrın 26-da Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olublar.

Lent.az xəbər verir ki, kənd təsərrüfatı naziri İnam Kərimov dövlət başçılarına görülən işlər barədə məlumat verib.

# 8133
avatar

Oxşar yazılar