Vaşinqtonda “Azərbaycan Möcüzələri” sərgisi keçirilib
25 fevral 2014 23:40 (UTC +04:00)

Vaşinqtonda “Azərbaycan Möcüzələri” sərgisi keçirilib

Fevralın 22-23-də Vaşinqtonda keçirilən və 20 min nəfərdən çox iştirakçının qatıldığı 10-cu “Səyahət və Macəralar Sərgisi”ndə Azərbaycanın turizm potensialı “Azərbaycan Möcüzələri” (“Wonders of Azerbaijan”) layihəsi çərçivəsində nümayiş etdirilib.

 

 

ABŞ-dakı səfirliyimizdən Lent.az-a verilən məlumata əsasən, yerli turizm mütəxəssislərini bir araya gətirən “Azərbaycan Möcüzələri” layihəsi, ABŞ ictimaiyyəti arasında Azərbaycana turizmi təşviq etmək və ABŞ turizm şirkətləri ilə qarşılıqlı əməkdaşlıq əsasında ölkəmizə müxtəlif istiqamətlər üzrə səyahət paketlərini təklif etmək məqsədilə yaradılıb.

 

“Azərbaycan - Odlar Yurdu, Tolerantlıq Diyarı”  başlığı altında Azərbaycanın ABŞ-dakı səfirliyinin dəstəyi ilə təşkil edilən sərgi stendində, yerli turizm mütəxəssisləri ölkəmizin zəngin tarixə, maddi-mədəni irsə və ləziz mətbəxə malik olduğunu, həmçinin dini, mədəni müxtəlifliyi və tolerantlığı ilə seçilən özünəməxsus bir ölkə olduğu sərgi iştirakçılarının diqqətinə çatdırılıb.

 

Bu vaxta qədər yerli turizm şirkətləri “Azərbaycan Möcüzələri” layihəsi çərçivəsində Çikaqo, Los - Anceles və Vaşinqton şəhərlərində keçirilən sərgilərdə iştirak edib.

 

 

Tədbir təşkilatçılarının bildirdiyinə görə, bu şəhərlərdəki səyahət sərgiləri, iştirakçıların sayı baxımından, ABŞ ərazisində keçirilmiş ən böyük üç beynəlxalq səyahət sərgisi hesab olunur.

# 460
avatar

Oxşar yazılar