Ukraynanın əməkdar artisti Opera və Balet Teatrında
28 fevral 2014 13:57 (UTC +04:00)

Ukraynanın əməkdar artisti Opera və Balet Teatrında

Martın 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli italyan bəstəkarı Coakkino Rossininin “Sevilya bərbəri” operasının tamaşası keçiriləcək. Teatrdan Lent.az-a verilən məlumata görə, teatrın rəhbərliyi tamaşada  əsas partiyalardan biri olan Almavivanı ifa etmək üçün Ukrayna Milli operasının aparıcı solisti, əməkdar artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Nikolay Şulyakı dəvət edəcək. Vokalçı öz vətənində çıxış etməklə yanaşı, dünyanın bir sıra ölkələrində - Almaniya, Avstriya, Norveç, Finlandiya, İtaliya, Çin, Əlcəzair və s. qastrol səfərlərində olub.


Tamaşada həmçinin milli operamızın aparıcı solistləri xalq artistləri Əvəz Abdullayev (Fiqaro), Əli Əsgərov (Bazilio), əməkdar artistlər İnarə Babayeva (Rozina),  Əkrəm Poladov (Doktor Bartolo), Səbinə Əsədova (Berta)  da çıxış edəcək.


Tamaşanı gənc dirijor Əyyub Quliyev idarə edəcək.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 408
avatar

Oxşar yazılar