Toğrul Nərimanbəyovun dəfni ətrafında qalmaqal
12 iyun 2013 13:57 (UTC +04:00)

Toğrul Nərimanbəyovun dəfni ətrafında qalmaqal

Qızı: “Atamın dəfni Fransada olmayacaq”


 

Fərhad Xəlilov: “Dəfnlə bağlı sabah Fransaya gedirəm”

 

Mədəniyyət və Turizm Nazirliyi: “Fransa hökumətinə müraciət etmişik”

 

 

“Toğrul Nərimanbəyovun Fransada dəfnindən heç vaxt söhbət gedə bilməz, çünki hüquq səviyyəsində buna icazə hələ ki yoxdur. Bu gün məhkəmədə bu məsələyə yenidən baxılacaq”. Bunu APA-ya açıqlamasında xalq rəssamı Toğrul Nərimanbəyovun qızı Əsmər Nərimanbəyova deyib.

 

Onun sözlərinə görə, rəssamın sabah Fransada dəfn olunacağı ilə bağlı xəbəri onun ikinci həyat yoldaşı yayıb: “Dəfn olmayacaq, heç kim də bura gəlməsin. Məsələni araşdıran hüquqşünaslar dəfnə hələ ki, icazə verməyib. Onun arvadının yaydığı informasiya düzgün deyil. O, öz bildiyini deyir, amma mən ona icazə verməyəcəyəm ki, atamı Fransada dəfn etsin. Hər şey hüquq çərçivəsində həll olunacaq. Ümumiyyətlə, bu məsələ ailə tərəfləri arasında deyil, dövlət səviyyəsində həll olunmalıdır. Məsələ ilə bağlı ən doğru məlumatı Mədəniyyət və Turizm Nazirliyindən ala bilərsiniz”.

 

Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov APA-ya açıqlamasında sabah dəfnlə bağlı Fransaya yola düşəcəyini deyib: “Mən sabah Fransaya uçuram. Əgər sizi nə isə maraqlandırırsa, mərhumun həyat yoldaşından soruşun”.

 

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov isə dəfnin sabah Fransada olacağı xəbərini təkzib edib: “Hələ ki, bizdə belə bir informasiya yoxdur. Əgər xəbər olacaqsa, mütləq ictimaiyyətə məlumat verəcəyik”. İ.Hümbətov nazirliyin məsələ ilə bağlı Fransa hökumətinə müraciət etdiyini deyib: “Sağlığında Toğrul Nərimanbəyovun ikili vətəndaşlığı olduğu üçün bu məsələ ilə bağlı Fransa hökumətinə müraciət etmişik. Azərbaycan ictimaiyyəti və hökuməti mərhumun Azərbaycanda dəfn olunmasını istəyir. Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan hökuməti adından Fransanın müəyyən qurumlarına müraciətlər göndərib və müraciətlərdə sənətkarın Azərbaycanda dəfn olunması ilə bağlı arzumuzu bildirmişik. Səfirliyimiz və Azərbaycanın Fransadakı müvafiq qurumları orada söhbətlər və görüşlər aparırlar. Biz də onların ilkin rəyini, cavabını gözləyirik. Əgər müsbət cavab alınarsa, nazirlik sənətkarın nəşinin Azərbaycana gətirilməsi və Bakı şəhərində dəfni üçün lazım olan bütün tədbirləri yüksək səviyyədə həyata keçirməyə hazırdır”.

 

Qeyd edək ki, iyunun 10-da Parisdəki Azərbaycan Mədəniyyət Mərkəzində dünya şöhrətli fırça ustası, SSRİ və Azərbaycanın Dövlət Mükafatları laureatı, SSRİ-nin və Azərbaycanın xalq rəssamı, Azərbaycan prezidentinin fərdi təqaüdçüsü Toğrul Nərimanbəyovun anım mərasimi keçirilib. Tədbirdə Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva çıxış edib, lakin mərhumun dəfni ilə bağlı heç bir açıqlama verilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2328

Oxşar yazılar

Sizi  darıxmağa   qoymayacaq  5 film   -VİDEO

Sizi darıxmağa qoymayacaq 5 film -VİDEO

15 iyul 2025 , 16:19
Qadın hiyləsi  haqqında 10 sitat

Qadın hiyləsi haqqında 10 sitat

14 iyul 2025 , 18:35
Nəfəs kəsən  12 film   - mütləq izləyin -VİDEO

Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO

14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən  5 SEVGİ FİLMİ -  VİDEO

Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO

14 iyul 2025 , 14:49
Professor Rəhman Bədəlov  vəfat etdi

Professor Rəhman Bədəlov vəfat etdi

9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi

9 iyul 2025 , 19:38
Elman Rəfiyev

Azərbaycanda teatr direktoru istefa verdi

9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO

9 iyul 2025 , 12:21