Ramiz Əzizbəyli palataya köçürüləcək
24 fevral 2014 14:16 (UTC +04:00)

Ramiz Əzizbəyli palataya köçürüləcək

“Rejissor Elxan Qasımovla xalq artisti Ramiz Əzizbəyliyə baş çəkdik, səhhəti ilə maraqlandıq.


 

Ramiz müəllim hazırda Azərbaycan Tibb Universitetinin Terapevtik Klinikasında müalicə alır. Fevralın 21-dən klinikanın reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib, həkimlərin dediyinə görə bu həftə ərzində palataya köçürüləcək”.

 

Bunu APA-ya açıqlamasında Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov deyib.

 

R. Əzizbəylinin həkimi, uzman-nevroloq Nərgiz Ağayevanın APA-ya verdiyi məlumata görə, xalq artisti beyin insultu diaqnozu ilə klinikaya yerləşdirilib: “Xəstə altı ay öncə də eyni diaqnozla müalicə edilib. Hazırda müalicəsi davam etdirilir. Xəstənin vəziyyəti orta-ağır olaraq qiymətləndirilir. Sağ tərəfində ağır gücsüzlük var, hazırda müalicə ilə bunun qarşısını almağa çalışırıq”.


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1696
avatar

Oxşar yazılar