Martın 7-da “Buta” İncəsənət Mərkəzi Londonun Mərkəzi Vestminster zalında Azərbaycan musiqisinə həsr olunmuş qala-konsert təşkil edəcək.
Xalq artisti Yalçın Adıgözəlovun APA-ya verdiyi məlumata görə, konsert proqramında Fikrət Əmirovun ərəb mövzuları əsasında yazdığı “Fortepiano üçün konsert”, Q. Qarayevin “İldırımlı yollarla” baletindən II süita, Nazim Əliverdibəyovun orqan üçün “Bayatı-Şiraz”, Niyazinin “Arzu” romansı və s. əsərlər səslənəcək.
Qeyd edək ki, konsert Azərbaycanın xalq artisti, professor Yalçın Adıgözəlovun müşayiəti ilə London Kral Filarmonik Orkestrinin ifasında təqdim olunacaq.