Lənkəran teatrında "Açarını itirmişlər"-in premyerası olub
28 fevral 2014 22:40 (UTC +04:00)

Lənkəran teatrında "Açarını itirmişlər"-in premyerası olub

Fevralın 28-də Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında Əhməd Orucoğlunun “Mehriban ailə” komediyası əsasında hazırlanmış “Açarını itirmişlər” tamaşasının premyerası olub.

 

APA-nın cənub bürosunun məlumatına görə, İslam Həsənovun quruluş verdiyi bu səhnə əsərində cəmiyyətin inkişafına mane olan neqativ xüsusiyyətlər bir ailənin düşdüyü komik vəziyyətlər fonunda saf-çürük edilir.

 

Maraqla izlənilən tamaşanın quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Əsas rolları teatrın aparıcı artistləri Qızılgül Quliyeva və Əlibala Əsgərov ifa edirlər.

 

Qeyd edək ki, Lənkəran teatrında Əhməd Orucoğlunun  bundan əvvəl “Pul dəlisi” komediyası tamaşaya qoyulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 526
avatar

Oxşar yazılar