Bu günlərdə Fransada keçirilən YUNE
Azərbaycan türkünün bütün milli-mədəni irsinə və şəxslərinə şərik çıxmağa adət etmiş İran İslam Respublikası YUNESKO-nun bu qərarı ilə razılaşmayıb, hətta rəsmi etiraz da bildirib. Etiraz «İran Musiqi Evi» tərəfindən edilib.
İran «Musiqi Evi»nin Direktorlar Şurası tərəfindən qəbul olunan etiraz qərarı İranın UNESCO-dakı nümayəndəsi rəsmiləşdirib.
Qeyd edək ki, YUNESKO tərəfindən sözügedən qərarın qəbul olunması zamanı İran «Musiqi Evi»nin rəhbərliyini vaxtında məlumatlandırmadığına görə, İranın UNESCO-dakı nümayəndəsinə məsuliyyətsiz damğası vurulub.
Xatırladaq ki, İran tarın tək Azərbaycana deyil, həm də İrana məxsus bir musiqi aləti olduğunu iddia edir. İran tərəfi deyir ki, bu alət İranın cənubunda yarandığına görə, tar UNESCO-da İran və Azərbaycan musiqi aləti kimi qeydiyyatdan keçməlidir.
Heç kimə sirr deyil ki, tarın indik şəkilə düşməsi Sadıqcanın adı ilə bağlıdır. Bu baxımdan İranın adı çəkilən qurumunun bu iddiası əsassızdır. Azərbaycan tarının başqa ona oxşar simli alətlərdən fərqi var. Ona görə də bu alət yalınz YUNESKO-da yalnız Azərbaycan musiqi aləti kimi qeydiyyata alına bilər.
Tehranın bu iddiası yersiz və əsassızdır.
1946-cı il dekabrın 11-də Azərbaycan Milli hökuməti qan içində boğdurulduqdan 6 gün sonra Məhəmmədrza hakimiyyəti Güney Azərbaycanda çap olunmuş Azərbaycan türkcəsində çap olunmuş bütün kitabları və Azərbaycan musiqi alətlərini, saz, tar, kamanı yandırmaq əmrini vermişdi. Bundan başqa Milli Hökumət zamanı Təbrizədə tikilmiş operanı da elə İslam Respublikasının da qulluq etdiyi fars şovnistəlri sökdürdü.
Bu İran tarixində Azərbaycan türkünə qarşı mədəni-mənvi soyqırımın aşkar örnəyi idi.
Onun bu hərəkətindən təxminən 52 il sonra Təbrizin imam cüməsi ayətulla Şəbüstəri (ölkənin ali rəhbəri ayətulla Xamneyinin təmsilçisi) şəhər meydanında Azərbaycan musiqi alətlərindən və türkcə kitablardan tonqal qalatdırdı.
Bir neçə il öncə bu hakimiyyət həmin qurumda Novruz Bayramını farsların adına qeydiyyatdan keçirməyə səy göstərmişdi.
Azərbaycan mədəniyyətinə illər uzunu zərbə vuran, Güney Azərbaycanda milli musiqinin tədrisini belə yasaqlayan Tehran hakimiyyətinin tarımızla bağlı fəaliyyət daha çox su bulandırmağa oxşayır.