Əməkdar artist: “Tabutum pəncərədən çıxacaq”
23 may 2014 18:52 (UTC +04:00)

Əməkdar artist: “Tabutum pəncərədən çıxacaq”

“Heç zaman istəməzdim ki, məni sevən tamaşaçılarımın qarşısına belə çıxım. Mən Allah deyiləm ki, deyim ki, üç günə öləcəm, üç aya, ya da üç ilə öləcəm. Sümüklərimdə ərimə gedir. Allah bu günü heç kimə göstərməsin.  Bütün gün ağrılardan, iniltimi qızım, anam eşidir İstəməzdim bu günlərə qalım. Amma əzrail qapıdadır”.

 

Lent.az-ın n məlumatına görə, bu sözləri “Atv” telekanalında Musiqili Teatrın aktrisası Xanım Qafarova deyib. Aktrisa danışarkən göz yaşlarına hakim ola bilməyib: “Ağzım, dişim keyiyib, yemək yeyə bilmirəm. Allahdan ümidimi kəsmirəm. Bəlkə tanrım elə bir möcüzə edəcək ki, mən yaxşı olub, ayağa duracam. Bəlkə Allah məni az yaşlı övladıma, anama bağışlayacaq. Yaşadığım mənzil çox balacadır. Mən öləndə tabutum qapıdan yox, pəncərədən çıxacaq. Deyəcəklər ki, Azərbaycanın əməkdar artisti, Musiqili Teatrın aparıcı aktrisasının cənazəsi pəncərədən çıxdı. Bu mənim üçün böyük utancdır”.

 

Qeyd edək ki, X.Qafarova süd vəzi xərçəngindən əziyyət çəkir. O, 2009, 2011 və 2013-cü illərdə əməliyyat keçirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2625
avatar

Yalçın UĞUR

Oxşar yazılar