Azərbaycanın Mədəniyyət Konsepsiyası təsdiqləndi
14 fevral 2014 18:48 (UTC +04:00)

Azərbaycanın Mədəniyyət Konsepsiyası təsdiqləndi

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Lent.az-ın “AzərTAc”a istinadən məlumatına görə, sərəncamla Azərbaycan mədəniyyətinin inkişafı, daxili və xarici təhdidlərdən qorunması, dünya mədəniyyətinə uğurlu inteqrasiyası, mədəniyyət sahəsində insan və vətəndaş hüquq və azadlıqlarını təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” təsdiq edilib.

 

Nazirlər Kabineti bu sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Konsepsiyanın həyata keçirilməsi üzrə dövlət proqramlarının layihələrini altı ay müddətində hazırlayıb ölkə prezidentinə təqdim etməli, Konsepsiyanın icrasının gedişi barədə hər il üzrə hesabatı növbəti ilin 1 mart tarixinədək prezidentə təqdim etməli, bu sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.

# 554
avatar

Oxşar yazılar