AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda Azərbaycan ərazisində tədqiq olunan və gələcəkdə tədqiq olunacaq arxeoloji abidələrin informasiya-kommunikasiya texnologiyaları vasitəsilə qeydə alınmasına başlanılacaq. Bu barədə Lent.az-a Akademiyadan məlumat verilib.
İnstitutda bu işlə, bilavasitə “Arxeologiyada İnformasiya Texnologiyalarının tədbiqi” sektoru məşğul olacaq. Sektor arxeoloji abidələrin inventarlaşdırılması, sərhədlərinin müəyyən edilməsi, pasportlaşdırılması və xəritələrin hazırlanması işini həyata keçirəcək. Xatırladaq ki, Arxeoloji tədqiqatlarda aparılan bu işlər zamanı ilk dəfə Coğrafi İnformasiya Sistemindən istifadə ediləcək.
Azərbaycanın arxeoloji abidələrin elektron xəritəsinin və maddi-mədəni nümunələrinin pasportunun yaradılması respublika ərazisindəki arxeoloji abidələrin ən müasir üsullarla mühafizəsi işinin və xüsusilə də onların elmi araşdırılmasının təkmilləşdirilməsinə xidmət edəcəkdir.