"Rus film həftəsi" münasibəti ilə mətbuat konfransı keçirilib
20 fevral 2014 23:49 (UTC +04:00)

"Rus film həftəsi" münasibəti ilə mətbuat konfransı keçirilib

Bu gün “28 Cinema”da “Mosfilm”in 90 illiyinə həsr olunmuş rus film həftəsinə start verilib. Lent.az-ın məlumatına görə, beş gün davam edəcək həftədə Rusiyanın məşhur doqquz filmi nümayiş ediləcək.

Kinoteatr bununla bağlı bu gün mətbuat konfransı keçirib. Konfransda Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin,  “Oskar” mükafatı laureatı, Rusiyanın xalq artisti Vladimr Menşov da iştirak edib.

V. Menşov Bakıda olmağından məmnun olduğunu bildirib: ““Mosfilm” kinostudiyasını Bakıda təmsil etmək mənim üçün böyük şərəfdir. Mən Bakıda doğulub boya başa çatmışam. İndiki Neftçilər prospektində yaşamışam. Almanların o vaxt hökumət evinin tikdiyi vaxtı xatırlayıram. Bakı mənə çox əzizdir”.

 V. Menşov daha sonra Rusiya kino tarixindən də danışıb: “1924-cü ildə yaranmış “Mosfilm” Rusiya kino sənayesinin aparıcı müəssisəsidir. Rusiyanın bütün kino və video məhsulları bura aiddir. Rus filmlərinə bu gün də maraq var. Şərt deyil ki, ildə sayca çox film istehsal olunsun. Üç film istehsalata buraxılsın, amma keyfiyyətli olsun. “Mosfilm”də hazırda istedadlı və savadlı mütəxəssislər çalışır. Mən xüsusi ilə gənclərin rolunu yüksək qiymətləndirirəm. Biz Avropanın ən yaxşı kino studiyası olmaq istədik və olduq”.

O, əlavə edib ki, “Mosfilm”in texniki təchizatı yüksək səviyyədədir: “Kinostudiya ən yaxşı kameralar, ən yaxşı işıq avadanlıqları ilə təchiz olunub”.

Tədbirdə mədəniyyət və ictimai xadimlərlə yanaşı kinoteatrın və “Mosfilm”in  nümayəndələri iştirak edib.

Qeyd edək ki, Rus film həftəsi Azərbaycan Mədəniyyət və Turizm Nazirinin təşkilatçılığı ilə keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 502
avatar

Oxşar yazılar