Dəfələrlə düşünmüşəm ki, eyni şeyi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan haqqında da etmək çox yaxşı olardı. Daha çox turist nöqteyi-nəzərindən. Şəhərlər, mədəniyyət abidələri, insanlar, mətbəx və s.
Yeni Discover Azerbaijan layihəsi adı altında biz bütün bunları imkan daxilində qısa və gözəl şəkildə təqdim etməyi qərara aldıq.
Mən qısa olaraq şəhər və kəndlər haqqında danışmaqla yanaşı, bütün bunları fotokameraya çəkəcəm.
Bu layihədə sürücü və video operator vəzifəsini öz üzərinə götürən dostum Elçin də mənə kömək edir.
Beləliklə, biz Azərbaycanın şimal bölgəsindən – Qubadan başlayacağıq.
Quba – Bakıdan 168 km məsafədə yerləşir, Quba inzibati rayonunun mərkəzidir. Şahdağ dağının şimal-şərq ətəklərində, dəniz səviyyəsindən 600 m yüksəklikdə, Qudyalçay çayının sağ sahilində, Xaçmaz dəmiryolu stansiyasından 28 km cənub-qərbdə yerləşir.
Şəhər bizi rütubətli hava şəraiti ilə qarşıladı.
Bütün günü narın yağış yağırdı. Lakin bu bizə mane olmurdu.
Qubanın sahəsi. Şəhərin mərkəzi, yol ayırıcısı.
Heydər Əliyev prospekti. Şəhər tədricən müasirləşir. Küçə və parklar gözəl işıqlandırılmışdır.
Gənclər Mərkəzi, Yaşıl Teatr və dövlət bayrağı (tam sakit hava olduğu üçün görünmürdü).
Bazar səhəri, tək-tək yoldan ötən
Həftəsonu bazarı. Təzə pendirlər və digər süd məhsulları
Quba rayonu alma və armudu ilə məşhurdur.
Həmçinin paxlavası ilə də. Bura qonaq gəlsəniz, mütləq özünüz və yaxınlarınız üçün alın.
Quba Turist İnformasiya mərkəzində gəzməli-görməli yerlər haqqında məlumat topladıqdan sonra biz marşrutumuzu cızdıq.
Quba həmçinin xalçaları ilə də məşhurdur. Bəzən orta ölçülü əl işi olan xalçanı toxumaq üçün yarım ildən artıq vaxt lazımdır.
Yenicə tikilmiş Quba Memorialı Soyqırım Kompleksi.
Cümə məsçidi. Bu məsçid XIX əsrdə tikilmişdir. Onun yalnız Quba əyalətinə xarakterik tikilişi vardır.
Görünüşcə taraşlı silindri, başqa sözlə düzgün səkkizbucaqlını xatırladır.
Şəhəri iki hissəyə bölən Qudyalçay çayının üzərindəki körpü.
Qudyalçay çayının üzərindəki köhnə körpü 100 ildir ki, Quba şəhərini və dağ yəhudilərinin yaşadığı “Qırmızı Qəsəbə”ni ayırır.
“Qırmızı qəsəbə”nin mərkəzi.
İbadət evi
Daha sonra biz yüksək dağlıq ərazidə yerləşən Xınalıq kəndinə yön aldıq.
Yol mənzərəli meşənin içindən keçir.
Uzaqda Qəçrəş kəndindəki evlərin damı görünür.
Bu tərəflərin təbiəti çox gözəldir!
Daha da yüksəkliyə qalxdıqca biz qatı dumana qərq olduq.
Çobanlar mal-qaranı geri sürürlər.
\
Adətən yolüstü ucuz və dadlı kabab dadmaq üçün kiçik kafelər tapmaq olur.
Getdikcə hər şey daha da gözəlləşirdi
Buludlar artıq bir kənarda qaldı və qarşımızda belə bir mənzərə açıldı.
Xınalıq kəndi. Dəniz səviyyəsindən 2250 km hündürlükdə. Daima böyük şəhərdə yaşayan insan üçün ilkin olaraq belə təmiz havaya uyğunlaşmaq çətin olur.
Tarix muzeyi
Eksponatların bir çoxu çoxəsrlik tarixə malikdir
Hətta kömürlə işləyən ütülərə də rast gəlmək olurdu
Yerli məhəllənin uşaqları könüllü olaraq şəhər üzrə bələdçi olmağa razılıq verdilər.
Xınalıqdan Qubaya geri qayıtdıqdan sonra, Afurca şəlaləsi istiqamətinə getdik.
Təngəaltı dərəsi.
Əfsuslar olsun ki, qəfil yağış və şəlaləyə gedən yolun mailliyinə görə biz geri qayıtmaq qərarına gəldik. Belə ki, gil yol artıq palçıq şirəsinə döndü və hətta bizim yolsuzluq üçün nəzərdə tutulan maşınımızın şəlaləyə qalxmağa gücü çatmadı.
Yenilikləri izləyin
Məcid Əliyev