"Discover Azerbaijan" təqdim edir: Sirli Qusar, ulduzlu Şamaxı... - <span style="color:red;">FOTOLENT
26 sentyabr 2014 14:45 (UTC +04:00)

"Discover Azerbaijan" təqdim edir: Sirli Qusar, ulduzlu Şamaxı... - FOTOLENT

0

Qubadan sonra növbəti dayanacağımız Qusar şəhəri oldu.

 

Təngəaltıdan o yana yağış və rütubətli hava bütün yol boyu bizi izlədi.

 

Ümumiyyətlə, bu gün bəxtimiz heç gətirmədi. Buna baxmayaraq, ümidimizi itirməyib yolumuza davam etdik.

 

Gecə yarı qayıdıb otelə yerləşdik. Səhər isə şəhəri gəzməyi qərara aldıq.

 

Qusar(ləzgicə KцIar, daha sonra Qusar)  – Azərbaycanın şimalında yerləşən, Qusar rayonunun inzibati mərkəzi olan şəhərdir. Qusar Böyük Qafqaz dağlarının ətəyində, Qusarçayı sahilində, Xudat dəmiryol stansiyasından 35 km cənub-qərbdə və Bakıdan 180 km məsafədə yerləşir

 


Səhər saatlarında bütün şəhər hərəkətdədir. İşə gedən kim, məktəbə gedən kim.

 

 

Biz də bir qədər şəhəri gəzmək və günorta ətraf kəndlərdəki qədim abidələrə yollanmaq qərarına gəldik.

 

 



Yaşayış yeri... Tutqun havaya baxmayaraq parlaq rəngləri görmək xoş təsir bağışlayır.




Quba və Qusar qəhrəmanlarının, 1918-ci il “Qanlı Dərə” döyüşü qaliblərinin abidəsi. Daşnak quldurlarına qarşı mübarizə aparmış igid Azərbaycan oğullarının abidəsi.

Yeni İncəsənət Qalereyasının binasını görməkxoş süpriz oldu.



Yerli rəssamların bəzi işlərini çox bəyəndim. Bu rayona yolunuz düşərsə, buranı ziyarət etməyi tövsiyə edirəm.


Tarix və Etnoqrafiya Muzeyi

 


Eksponatların əksəriyyətinin çoxəsrlik tarixi var. Bu eksponatların köməyi ilə orta əsrlərdən indiyədək yerli əhalinin həyat və yaşayış şəraitində gedən dəyişikliklərin müfəssəl təsvirini əldə etmək mümkündür.



Bu, XIX əsrə aid qadın kəməridir. O zaman qadınlar bu qədər ağırlığı daşıyırmışlar...

 


Şəhərdən çıxıb Həzrə kəndinə yol aldıq.


Yolda rastımıza gözəl bir göl çıxdı. Buranın  mənzərəsi son dərəcə heyranedicidir! Belə gözəllikdən sonra heç şəhərə qayıtmaq istəmirsən.



Səfəvi təriqətinin başçısı Şeyx Cüneydin türbəsi (1447-1460-cı illər). Onun nəvəsi Şah İsmayıl Xətai Səfəvilər xanədanının banisi, böyük sərkərdə və Azərbaycan poeziyasının klassiklərindən biridir.



Türbə. İçəridən baxış.

 

Həzrədən çıxaraq Şahdağ dağ-xizək kompleksinə tərəf yola düşdük. Yolda isə tarixi qədim dövrlərə təsadüf edən Əniq kəndinə getməyi qərara aldıq.

 


XIII əsrdə tikilmiş qala divarlarının bir hissəsi.

 


Bir qədər qabaqda qala divarlarının ikinci hissəsi var. Bir az daha gedək. Rəvayətə görə, bu divarların hündürlüyü 9 metr, eni isə 2 metr olub.



Sayca az qalan qədim yaşayış evlərindən biri. Görünür ki, “Əbədi olaraq tikin” şüarı hərfi mənada qəbul olunub.

 


Güllü məscid. Əvvəlcə burada başqa məscid olub və o qala ilə birlikdə məhv edilib. Daha sonra isə burada yeni məscid binası ucaldılmışdır. Onun adı divarlara əks olunmuş çoxsaylı gül təsvirlərindən götürülmüşdür.

 

Kənddən çıxıb Şahdağ idman kompleksinə tərəf yola düşdük. Kompleksə girə bilsək də qatı duman ucbatından nəinki kompleksin ümumi ərazisini, heç binanı da görə bilmədik. Təəssüf.

 

Qusardan çıxıb Şamaxıya gedirik.

 

Şamaxı - Azərbaycan şəhəri, Şamaxı rayonunun inzibati mərkəzi. Dəniz səviyyəsindən 800 metr yüksəklikdə, Böyük Qafqaz dağlarının cənub-şərqində yerləşir.

 

Qafqaz Albaniyasının şəhəri olan Şamaxının adı Ptolomeyin (II əsr) Kamaxeya və ya Mamaxeya adlarından götürülmüşdür. Aparılan qazıntı işləri zamanı burada eramızdan əvvəl V—IV əsrlərə aid yaşayış yerləri tapılmışdır.

 

Qədim Şamaxının qalıqları müasir şəhərin qərbində yerləşir və burada 50 hektardan artıq sahəni əhatə edir. Burada eramızdan əvvəl IVəsrin sonlarında Erkən Tunc dövrünə aid sürətlə inkişaf edən, özündə şəhər xüsusiyyətlərini əks etdirən yeni yaşayış yerləri meydana gəldi. 10-cu əsrin əvvəlində şəhər Şirvan dövlətinin paytaxtı oldu.

 

Şamaxıya gecə yarı çataraq ulduzlu səmanın şəklini çəkmək üçün Şamaxı rəsədxanasının yerləşdiyi Pirqulu kəndinə (1400 m) getdik. Turistlər tərəfindən sevilən Pirqulu kəndi ilk əvvəl rəsədxana işçilərinin qalması üçün salınmışdır. Yolun ortasında bizi elə bir qalın dumana düşdük ki, yarım saatlıq yolu 2 saata getməli olduq. Nəhayət ki, gəlib məkana çatanda aydın oldu ki, çəkilişi yalnız səhərlər aparmaq olar.


 

Əsas teleskopun strukturu.


 

Alman firması “Carl Zeiss” tərəfindən istehsal olunmuş güzgüsünün diametri 2 metr olan teleskop 1966-cı ildə istismara verilmişdi və Zaqafqaziyada ilk iri teleskopdur.

 


Şamaxı gəzintisi. Geri dönüş.




Mədəniyyət evi. N. Nərimanov küçəsi.



Görkəmli şəxsiyyətlərin xatirə lövhələrinin vurulduğu şəhərətrafı yenilənmiş hasar. Gözəl və məlumatvericidir.



Tarix muzeyi.



Muzeyin foyesində saxlanılmış tarixi materiallar əsasında qurulmuş qədim Şamaxı şəhərinin maketi quraşdırılmışdır.

 


İkinci mərtəbədə çox sayda qədimi eksponatlar sərgilənib. Onların bəzilərinin yaşı 20 əsrdən çoxdur.


 

Muzeyin bu hissəsində bir qədər müasir eksponatlar var. 19-cu əsr və daha qədim.



Cümə məscidi. 743-744-cü illərdə tikilmiş bu məscid düşmən hücumları, həmçinin, 1859-cu ildə baş vermiş zəlzələ nəticəsində bir neçə dəfə dağıdılıb. 17 May 2013-cü ildə tam təmir və restavrasiya olunmuş Cümə məscidinin açılışı olmuşdur.

 


Qarşı tərəfdəki təpədə qədim qəbiristanlıq var.

 


“7 günbəz” adlı 7 türbəli kompleksin 3 türbəsi burada yerləşir. Memarlıq abidəsi sonuncu Şamaxı xanı Mustafa xanın ailəsi üçün tikilib.

 

Günəş artıq buludların arxasından görünür. Çox gözəldir.

 

Yolumuz İsmayıllıyadır.

 

Fürsətdən istifadə edərək layihəyə dəstək verdiyi üçün Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürlərimi bildirmək istərdim.

 

Bizi izləməyə davam edin.


 


 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1813

Oxşar yazılar