Xalq yazıçısı Elçin Əfəndiyev dəfn edildi - VİDEO  -YENİLƏNİB
04 avqust 2025 14:20 (UTC +04:00)

Xalq yazıçısı Elçin Əfəndiyev dəfn edildi - VİDEO -YENİLƏNİB

Xalq yazıçısı Elçin Əfəndiyev I Fəxri xiyabanda dəfn olunub.

Lent.az xəbər verir ki, dəfn mərasimində Xalq yazıçısının ailə üzvləri ilə yanaşı, tanınmış qələm adamları, o cümlədən bir sıra ictimi xadimlər iştirak ediblər.

***

saat 13:26

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Xalq yazıçısı Elçin Əfəndiyevlə vida mərasimi keçirilib.

Lent.az xəbər verir ki, vida mərasimində Xalq yazıçısının ailə üzvləri ilə yanaşı, bir sıra qələm adamları, o cümlədən ictimaiyyət nümayəndələri iştirak ediblər.

Vida mərasimində çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova deyib ki, Elçin Əfəndiyevin vəfatı ədəbi sözümüzün itkisidir: "Elçin Əfəndiyev özünə məxsus yazı tərzi ilə ədəbiyyatımızda xüsusi iz qoyub. Onun əsərlərində tarixi hadisələr xüsüsi yer alır. O bizim üçün hər zaman yaşayacaq".

Daha sonra çıxış edən Xalq yazıçısı Anar ən yaxın dostunun vəfatından dərin sarsıntı keçirdiyini qeyd edib: “Mən ən yaxın dostumu itirdim. Bu, taleyin cəzasıdır, bəlkə də, mən dostlarımın dəfn mərasimində çıxış edirəm. Elçin mənim üçün çox vəfalı və etibarlı dost idi. Mən indi bilmirəm kimə zəng edəcəyəm. Yenə də deyirəm, bu mənim üçün taleyin cəzasıdır".

Sonda Elçin Əfəndiyevin qızı Humay Əfəndiyeva vida mərasimində iştirak edənlərə minnətdarlığını bildirib.

Qeyd edək ki, Xalq yazıçısı Elçin Əfəndiyev I Fəxri xiyabanda dəfn ediləcək.

***

11:42

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı Xalq yazıçısı Elçin Əfəndiyevlə vida mərasimi keçirilir.

Lent.az xəbər verir ki, mərasimdə mədəniyyət nazirinin müavinləri, deputatlar, ölkənin ədəbi-ictimai xadimləri, media mənsubları iştirak edirlər.

Elçin Əfəndiyev I-ci fəxri xiyabanda dəfn ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 758

Oxşar yazılar