“Tanışlarına yer edir, qohumlarının adlarını dərsliyə salırlar” – Professordan AÇIQLAMA
16 dekabr 2022 19:52 (UTC +04:00)

“Tanışlarına yer edir, qohumlarının adlarını dərsliyə salırlar” – Professordan AÇIQLAMA

Bu gün evdəki kitablarımın arasından düz 40 il öncə dərc edilmiş bir kitab tapdım.
Uşaq ədəbiyyatının görkəmli nümayəndəsi Zahid Xəlilin “Çıraq nənənin nağılları” adlı bu kitabı uşaq vaxtı stolustü kitabım idi.

Fantastik janrda yazılmış bu əsər uşaq xəyallarımı bəzəyər, xəyal dünyamın üfüqlərini genişləndirərdi. Yazıçı hələ 40 il öncə mobil telefonlar, bankomatlar, brilliant dişlər, estetik əməliyyatlar, internet barədə ekstrasens dəqiqliyi ilə proqnozlar vermiş, sanki bu günümüzü görüb  geri qayıtmış kimi yazıb yaratmışdı. Fantastik və yumoristik dillə yazılmış bu kitab oxunaqlı, öyrədici, tərbiyəvi idi. Zahid Xəlilin bütün hekayələri özünün rəngarəngliyi, güclü bir yazıçı təxəllüyünün, fantaziyasının məhsulu olub, xeyir qüvvələri şərə qarşı qoyur

Bu gün niyə belə maraqlı uşaq ədəbiyyatı yoxdur? Lent.az bu sualla professor Zahid Xəlilə müraciət edib.

“Son dövr uşaq ədəbiyyatında  fantastika, təxəyyülü inkişaf etdirən, yumoristik çalarlı heç bir əsərə rast gəlməmişəm. Bu gün uşaq ədəbiyyatının durumu məni qane etmir. İndi  uşaq yazıçısı azdır. Yazanlara da qiymət verilmir. Yazıçı əsəri yazır, kitabın çapı böyük maliyyə tələb edir. Çap etdirəcəksə, bu onun öz hesabına olur, üstəlik heç bir qazanc əldə edə bilmir. Bu mənada yeni uşaqlara dair yeni keyfiyyətli əsərlərin çap edilməməsini anlaya bilirəm”,- deyə o qeyd edib.

Onun sözlərinə görə, yaxşı potensialı olan yazarlarımız da azdır. Məzmun etibarilə uşaq dünyasını əhatə edə bilmirlər. Dövr dəyişib, indiki uşaqlar 50 il əvvəlki uşaqlardan dünya görüşü, düşüncə etibarilə çox fərqlənir. Uşaq ədəbiyyatının da məzmunu dəyişiklik tələb edir. Dünya gör-götür dünyasıdır, yenilənməliyik. Sənətkarlıq  məsələlərinə diqqət edilməlidir. Axtarışlar olmalı, yeni nəfəs gəlməlidir. Bizdə isə bu yox deyiləcək qədər azdır”,- deyə yazıçı qeyd edib.

O, dərsliklərə adı təsadüfən salınmış, kim olduğu bilinməyən “yazıçı və şairlər” barədə də fakir bildirib.

“Kim səlahiyyət sahibidir, tanışı-bilişinə yer edir, qohumlarının adlarını dərsliyə salır. Hərə öz keyfi ilə hərəkət edir, amma düşünmürlər ki, uşaqların təmiz dünyasını ləkələyirlər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3003
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar