Bu şifrələr sizi ələ verir  - Kiberdələduzların üzü gülür
18 avqust 2025 13:23 (UTC +04:00)

Bu şifrələr sizi ələ verir - Kiberdələduzların üzü gülür

Yaşlıların yarısından çoxu sadə parollardan istifadə edir, bu da dələduzluq riskini artırır.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, peşəkar etik haker Brendin Mertaq kibercinayətkarların istifadəçinin şifrəsini internetdə üç dəqiqədən az müddətdə tapa bildiklərini vurğulayıb.

O göstərib ki, hətta müasir parollar belə, yalnız ictimaiyyətə açıq sızmalar vasitəsilə asanlıqla müəyyən edilə bilər. Test zamanı o, istifadəçilərin aktual parollarını cəmi bir neçə dəqiqəyə tapmasını nümayiş etdirib.

Parollardan əlavə, haker iştirakçıların şəxsi məlumatlarına da daxil olub. Buraya yaşayış ünvanı, telefon nömrələri və son vaxtlar ziyarət etdikləri yerlər barədə məlumatlar daxildir. Onun sözlərinə görə, bu məlumatlar cinayətkarlar tərəfindən digər hesabların ələ keçirilməsi və ya dələduzluq məqsədilə istifadə oluna bilər.

Mertaq iştirakçılara hesablarını qorumaqda kömək edib, təhlükəsiz şifrə yaratmaq və ikifaktorlu autentifikasiyadan istifadə ilə bağlı tövsiyələr verib. Mütəxəssis bildirir ki, eyni parolu müxtəlif hesablar üçün istifadə etməmək, parolları ən azı 14 simvoldan ibarət etmək, şifrələri təsadüfi ifadələrdən yaratmaq, mümkün olan hər yerdə ikifaktorlu autentifikasiyadan istifadə etmək lazımdır.

Brendin Mertaq bu yay britaniyalıların kibertəhlükəsizliyini artırmaq məqsədilə Virgin Media O2 şirkəti tərəfindən əməkdaşlığa cəlb olunub. Şirkətin məlumatına görə, hər iyirmi britaniyalıdan biri parol kimi “password” sözündən istifadə edib, respondentlərin yeddi faizi isə “password1” yazıb.

2 min nəfər böyüklə keçirilən sorğu göstərib ki, ən çox istifadə olunan parollar arasında 123456 və 123456789 kimi sadə rəqəm kombinasiyaları da var. Ümumilikdə, altı nəfərdən on nəfəri hələ də əsas parollardan istifadə edir, baxmayaraq ki, bu, fırıldaqçılıq riskini artırır.

Mertaq, istifadəçilərin şəxsi məlumatlardan təhlükəsiz istifadə və hesabların qorunması üçün parolları mütəmadi olaraq dəyişdirmələrinin vacibliyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 322

Oxşar yazılar