Tanınmış aktyordan CİDDİ TƏNQİD : "Hörmətsiz aktyor"
22 fevral 2023 13:49 (UTC +04:00)

Tanınmış aktyordan CİDDİ TƏNQİD: "Hörmətsiz aktyor"

Tanınmış aktyor Kamran Ağabalayev sosial şəbəkə hesabında paylaşımı ilə diqqət çəkib.

Lent.az-ın məlumatına görə, "Facebook" hesabında paylaşdığı statusda Xalq artisti Ramiz Novruzun vida və dəfn mərasimlərində Mədəniyyət Nazirliyinin nümayəndələrinin iştirak etməməsinə reaksiya bildirib.

Aktyor paylaşımda "Akademik Milli Dram Teatrı, Mədəniyyət Nazirliyi “Səni dünyalar qədər sevirdim” deyib, Ramiz Novruzu son mənzilə yola salmadısa, bu, o deməkdir ki, hörmətsiz aktyor və aktrisalar, başınızın çarəsinə baxın. Yəni, bu, Xalq artistinə göstərilən münasibətdir. İndi özünüz fikirləşin... Çox heyf, əlimizi ürəyimizə qoyub, rahat şəkildə xalqın artisti dediyimiz biri idi Ramiz bəy...”.

Qeyd edək ki, dünəndən bəri bir çox incəsənət və ictimaiyyət nümayəndələri Ramiz Novruza qarşı nazirliyin yad münasibəti tənqid olunur. Lakin nazirlik tərəfindən mətbuata hələ heç bir açıqlama verilməyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3018
avatar

Nigar Namiq

Oxşar yazılar