Rasim Balayev
31 may 2022 14:23 (UTC +04:00)

Rasim Balayev

Rasim Balayev Kinematoqrafçılar İttifaqının sədri seçildi

Xalq artisti Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri seçilib.

Lent.az APA-ya istinadən xəbər verir ki, bu gün AKİ-nin idarə heyətinin ümumi iclası keçirilib.

Bir müddət əvvəl mərhum Rüstəm İbrahimbəyovun yerinə namizədliyi təqdim olunan Rasim Balayev iclas iştirakçılarının yekdil səsi ilə sədr vəzifəsinə seçilib.

Qeyd edək ki, AKİ-nin əvvəlki sədri Xalq yazıçısı Rüstəm İbrahimbəyov martın 10-da Rusiyada vəfat edib. O, Birinci Fəxri Xiyabanda dəfn olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2872

Oxşar yazılar