Niyə yeni ildə “yolka” bəzəyirik? –  Belə yaranıb
22 dekabr 2022 18:20 (UTC +04:00)

Niyə yeni ildə “yolka” bəzəyirik? – Belə yaranıb

Lent.az “Belə yaranıb” rubrikasına davam edir. Bu dəfə yeni il küknarlarının necə yaranmasından bəhs edəcəyik.

Yeni ildə yolka-küknar ağaclarının bəzədilməsi xristianlıqla əlaqələndirilsə də, tarixçəsi bir az daha qədimdir.

Miladdan əvvəl qədim Misir sakinləri dekabrın ən uzun günlərində həyatın ölüm üzərində qələbəsinin rəmzi  olaraq yaşıl palma ağaclarını evlərinə gətirirdilər. Palma ağacı hər zaman insane həyatına bərabər tutulurdu, onu hətta qurban kimi kəsirdilər.

Druidlər palıd budaqlarına qızıl almalar asıb, qış bayramını qeyd edirdilər.

Romalılar əkin tanrısı Sereranın şərəfinə evlərini yarpaqlarla bəzəyirdilər.

Qədim türklər “Adəm və Həvva” bayramında qırmızı almalarla bəzədilmiş həmişəyaşıl ağaclarla evlərini bəzəyərdilər. Orta əsrlərdə bu ənənə Ergenekon və Novruz bayramlarının simvoluna çevrildi.

Yeni ilin şam ağacı haqqında ilk yazılı məlumat XVI əsrə təsadüf edir. Həmin mənbələrə görə, o vaxt alman şəhəri olan Strasburqda Yeni il gecəsi həm kasıb, həm də zadəgan ailələrində küknar ağacları rəngli kağızlar, meyvələr və şirniyyatla bəzədilirmiş. Vaxt keçdikcə bu adət bütün Avropaya yayılır. Amerikaya bu ənənəni burada məskunlaşan almanlar gətiriblər. 1851-ci ildə burada ilk dəfə təntənəli şəkildə yolka fənərlərinin yandırılması mərasimi keçirilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3960
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar