Aktyor Jerar Depardye Fransanın “Le Figaro” nəşrinin saytında ilk dəfə cinsi qısnama ittihamlarından danışdığı açıq məktub dərc edib.
Lent.az xarici mediaya istinadən bildirir ki, ulduz bir neçə aydır özü haqqında oxuduqlarına dözməkdən yorulduğunu bildirib.
"Düşündüm ki, vecimə deyiləm, amma yox, həqiqətən də yox", - aktyor qeyd edib.
Depardye əlavə edib ki, o, heç vaxt qadını belə təhqir etməyib:
"Onu incitmək öz ananızın qarnına təpik vurmaq kimidir".
Aprelin 12-də məlum olub ki, 13 qadın Jerar Depardyeni cinsi təcavüzdə ittiham edib. Bütün ittihamlar Depardyenin 2004-2022-ci illər arasında çəkildiyi 11 film və seriala aiddir.
Depardyenin bəzi qızları baş verənlər barədə anonim danışıb, bəziləri isə danışmayıb. Onların arasında 2018-ci ildə aktyora qarşı zorlama ittihamları irəli sürən aktrisa Şarlotta Arnu da var.
Arnunun sözlərinə görə, o, "atasının köhnə dostu" Depardye tərəfindən iki dəfə cinsi təcavüzə məruz qalıb. Depardye ittihamları geri götüzdürə bilmədiyi üçün aktrisanın işi hazırda Fransa məhkəmələrində gedir.
Eyni zamanda, aktyorun vəkilləri ona qarşı irəli sürülən bütün ittihamları rədd edərək, bəzilərinin “çox subyektiv qiymətləndirmələrə və yaxud mənəvi mühakimələrə” əsaslandığını bildirir.