“İt dəftər”i nə kimlərin adı yazılardı?  – Belə yaranıb
16 dekabr 2022 15:24 (UTC +04:00)

“İt dəftər”i nə kimlərin adı yazılardı? – Belə yaranıb

Yəqin el dilində bu  ifadəni də eşitmiş olarsınız. “Filankəsin adı heç it dəftərində də yoxdur”.

Bəs niyə at, qoyun, inək yox, it dəftəri?  Bu frazeoloji ifadənin arxasında maraqlı bir tarix durur.

Lent.az “Belə yaranıb” rubrikasında təqdim edir.

Kameral təsvirlər barədə məlumatınız varmı? Lap qədim dövrlərdə də sadə xalqdan töycü, xarq, bac, xərac kimi adlarla müxtəlif növ vergilər tutulub. Həmin vergi dəftərləri bu gün də arxiv idarələrində qorunub saxlanılır. Əgər şəcərəniz barədə məlumat əldə etmək istəyirsinizsə, vergi dəftərləri ən etibarlı mənbədir. Vergi alınarkən əsasən ailə başçısı, təsərrüfat sahibi olan kişinin adı qeyd edilər, ailəsindəki qadınların adı çəkilməz, sayları yazılardı. Ailədəki oğlan uşaqlarının adı bir-bir qeyd olunardı. Həmin təsərrüfatda nə qədər heyvan saxlanılırdısa, onlar da siyahıya alınırdı. Amma bu siyahıya itlər, pişiklər daxil deyildi.

Monqol-tatar hökmdarı Münke xanın 1254-cü ildə həyata keçirdiyi siyahıyaalma əmrinə görə, 15-60 yaş arası bütün iş qabiliyyətli kişilər siyahıya əlavə edilib və onlardan can vergisi tələb edilib. Bu siyahıda adı olan hər kəs vergi ödəməli olduğu üçün ona can və ya dərd dəftəri deyirdilər. İş qabiliyyəti olmayan yaşlı və xəstə adamların adı siyahıya salınmazdı.

Orijinalda “Tat” (tat-tatar) dəftərləri adlanan bu siyahılar zaman keçdikcə bənzər bir sözlə “it dəftəri” formasına düşüb, vergiyığanlara, işğalçılara nifrəti əks etdirib. Bir zamanlar adı  “it dəftəri”ndə olmayanlar işə yaramayan adamlar sayılırdılar. Əsrlər keçsə də,  “it dəftəri” kəlməsi unudulmayıb, qədim bir tarixin izlərini özündə gizlədib saxlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3483
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar