“Eurovision” beynəlxalq mahnı müsabiqəsi gələn il İtaliyada keçiriləcək.
Lent.az xarici mediaya istinadla bildirir ki, artıq 30 ölkənin yarışmada iştirak edəcəyini təsdiqlənib.
Bu il İtaliyadan olan Måneskin rok qrupunun qalib gəldiyi “Eurovision” təşkilatçıları Belçikanı təmsil edəcək iştirakçının adını açıqlayıb.
O, Belçikanın “Versiya” şou versiyasının qalibi 20 yaşlı müğənni Jérémi Makiesedir.
Onun hansı mahnı ilə çıxış edəcəyi hələ ki məlum deyil. Lakin o Miaykl Ceksonun “Stromae” musiqisindən ilhamlanıb və bu, mahnı seçimində əks oluna bilər.
Jérémi Makiese haqqında nə məlumdur?
Jeremi Antverpendə anadan olub. Valideynləri əslən Konqodandır, lakin ailədə hamı holland və fransız dilində danışa bilir.
Yeremi uşaqlıqda futbolla məşğul olub və 13 yaşında valideynlərinin razılığı olmadan gənclərdən ibarət “Brüssel” futbol klubunda çıxış edib.
Jereminin atası əvvəlcə futbol oynamasının əleynə olub, o oğlunun zədə almasından ehtiyat edib. Ancaq Jeremi hələ də oynamaqda davam edir və “Royal Excelsior” klubunda qapıçı kimi çıxış edir.
İdmanla paralel olaraq, anasının istəyi ilə Jeremi məktəb illərində xora qatılıb. Gənc müğənninin futbolla yanaşı musiqi də xoşuna gəlib.
2020-ci ildə “Səs” şousuna qatılıb. Onu burada fenomenal uğur və ictimai sevgi də gözləyirmiş. Yeremi 9-cu mövsümün qalibi olub.