Xüsusi effektlərin yaradıcısı, prodüseri və rejissoru Duqlas Trumbull 80 yaşında vəfat edib. Lent.az xəbər verir ki, bu barədə “Variety” jurnalı onun qızı Emi Trumbulla istinadən məlumat yayıb.
“Atam Duqlas Trumbull beyin xərçəngi ilə mübarizə aparsada dünən gecə vəfat etdi”,-deyə Emi Trumbull sosial şəbəkə hesabında paylaşım edib.
Əfsanəvi rejissor Duqlas Trumbull bu sahədə əlli ildən çox çalışıb.
Duqlas Trumbullun əsərləri arasında “Səssiz qaçış” (1972), “Beyin fırtınası” (1983), “Gələcəyə qayıdış... “Yürüş” (1991) və s. filimləri qeyd etmək olar.