Dahi yazıçının məşhur kitabının yazılmasına SƏBƏB OLAN  maraqlı hadisə 
03 iyul 2024 15:19 (UTC +04:00)

Dahi yazıçının məşhur kitabının yazılmasına SƏBƏB OLAN maraqlı hadisə 

Lent.az “Ömrün bir anı” rubrikasında məşhurların həyatından maraqlı fraqmentləri təqdim edir.

Məşhur yazıçı Frans Kafka 40 yaşına evsiz, ailəsiz və uşaqsız girmişdi. 1920-ci ilin payız günlərindən birində Berlin parkında gəzişən Frans dayanmadan ağlayan balaca bir qız görür. Yazıçı qıza yaxınlaşıb ağlamağının səbəbini soruşur. Qız çox sevdiyi gəlinciyini itirdiyini bildirir. 
Kafka qıza “gəl bir yerdə axtaraq” deyir və parkın hər yerini gəzirlər. Gəlincik tapılmır. Uşağın sakitləşmədiyini görən yazıçı “hava soyudur, gəl sabah yenə axtaraq” deyir. 

Oyuncağın itdiyini və tapılmayacağını anlayan yazıçı, səhər qıza bir məktub verib, bunu sənin gəlinciyin yazıb, deyir.

Məktubda “ Xahiş edirəm ağlama, mən dünyanı gəzməyə getdim, sənə tez-tez sərgüzəştlərim haqqında məktub yazacam” yazılmışdı. 

Beləcə, yazıçının ölümünə kimi davam edən “Oyuncaqdan gələn məktublar” yazılar silsiləsi başlayır.

Düz bir il yazıçı və qız hər həftə parkda görüşür, Kafka oyuncağın sərgüzəştlərini əyləncəli formada qıza oxuyurdu. 

Ölümünə qısa müddət qalmış Frans qıza yeni kukla hədiyyə eləyir və “oyuncağın geri döndü”, deyir. Qız “axı bu oyuncaq mənim deyil” deyəndə, yazıçı ona yeni məktub verib, oyuncağın adından “ dünya məni dəyişdi, mən böyüdüm” deyir 

 Bir müddət sonra Kafka həyatını itirdi. Üstündən uzun illər keçdikdən sonra, artıq böyümüş qız, oyuncaq kuklanın içindən kiçik məktub tapdı. Məktubda yazılmışdı: 

“Sevdiyin kim varsa, zamanla həyatdan köçəcək. Amma bu sevgi sənə başqa formada dönəcək. 
Bəzən sevdiyimiz insanları itiririk. Bu dünyanın əbədi qanunudur və bundan qaçış yoxdur. Amma itirdiyimiz insanlar sevginin bu və ya digər formasında ürəyimizdə əbədi yaşayır. Ağrı və itki acısı şüurlu sevgiyə çevrilir”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3402
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar