Tanınmış Hollivud ulduzu, amerikalı aktyor Robert de Niro Azərbaycan Silahlı Qüvvələr Fondunda 1 milyon dollar yardım edib.
Lent.az xəbər verir ki, bu haqda sosial şəbəkədə məlumat yayılıb.
Sosial şəbəkədə ermənilər Robert de Nironun bu addımına görə boykot etməyə çağırış ediblər. Aktyorun fotosunu paylaşaraq bu sözləri yazıblar:
“Bu təlxək Robert De Nirodur. NOBU Sushinin ortaq sahibi. Restoranlar şəbəkəsi Azərbaycana 1 milyon dollar bağışlayıb. Lənət olsun sənə. Sən sadəcə təlxək və alçaqsan !!!”