Dekabrın 25-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasının təşkilatçılığı ilə “Azərbaycanın Ermənistan və Qarabağda məhv edilmiş maddi mədəniyyət abidələri: kitabxanalar, muzeylər, təhsil ocaqları nümunəsində” adlı vebinar-konfrans keçiriləcək.
AMEA MEK-in İctimaiyyətlə əlaqələr söbəsindən Lent.az-a verilən məlumata görə, tədbirdə “İrəvan və ətraf rayon, şəhər, kənd yerlərində Azərbaycanın maddi-mədəniyyət abidələri”, “İrəvan xanlarının saray kitabxanaları, alim və üləmaların, görkəmli şəxsiyyətlərin şəxsi kitabxanaları, muzeyləri”, “Qarabağ və ətraf yerlərin işğalı nəticəsində talanmış, məhv edilmiş kitabxana və muzeylər”, “Qarabağa və onun şəhər, qəsəbə, kəndlərinə həsr olunmuş biblioqrafik kitablar, kitabxanalarda keçirilmiş sərgilər, tədbirlər və s. (ümumi və ya müxtəlif kitabxanaların nümunəsi əsasında)”, “Azərbaycana məxsus antik əşyaların, qiymətli materialların dünya hərracına çıxarılması”, “Beynəlxalq hüquq və qanunların pozulması və işğalçı dövlətin məsuliyyətə cəlb olunması (Haaqa konvensiyası, YUNESKO-nun maddi-mədəni irsin qorunması haqqında aktları və s)” mövzularında müzakirələr aparılacaq.