Şəfiqə Məmmədova: “Mən birləşmək istəyirəm”
2 avqust Azərbaycan Milli Kino günü qeyd olunub. Lent.az-ın məlumatına görə, Nizami Kino mərkəzində baş tutan tədbirə Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi, kino sahəsində çalışanlar, ziyalılar, elm və mədəniyyət xadimləri, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və digər qonaqlar qatılıb.
Tədbirdə öncə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev çıxış edərək bildirib ki, Azərbaycan kinosu hər il yeni zirvələrə qalxmaqda davam edir: “Azərbaycan kinosunun həm ölkə, həm dünya səviyyəsində özünü göstərməsini görürük. Artıq Azərbaycan milli kinosu günündə hər il yeni bir filmin təqdimatını keçiririk.
Azərbaycan kinosunun inkişafı üçün dövlət tərəfindən görülən işlər, yürüdülən siyasət kinonun inkişafına gətirib çıxarır. Buna nümunə olaraq Nizami Kino Mərkəzini göstərmək olar. Burada ilk dəfə kino gününü keçiririk. Sentyabr ayından etibarən kinostudiyanın yenidən layihələşdirilməsi başlayacaq. Bu, Fransa şirkəti tərəfindən həyata keçiriləcək. Biz də nazirlik olaraq kinonun inkişafına hər zaman dəstək verəcəyik”.
Daha sonra nazir prezident tərəfindən fəxri adlarla təltif edilən kino sahəsində çalışan bir qrup şəxsə mükafatlarını təqdim edib.
Yeni təsis olunan Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova çıxış edərək, kino işçilərini təbrik edib: “Sevindirici haldır ki, bir ay ərzində ittifaqımıza üzv olmaq üçün 270-dən artıq ərizə verilib. Çətinliklərə baxmayaraq, biz inkişaf edirik. İnamla addımlayırıq. Mən birləşmək istəyirəm. Kinomuzu daim inkişafda, yüksəkliklərdə görmək arzulayıram”.
Daha sonra Şəfiqə Məmmədova kino sahəsində göstərdikləri xidmətlərinə görə bir qrup şəxsə mükafatlar təqdim edib.

1670