“Moskva solistləri” Qəbələdə
Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi ilə keçirilən Qəbələ IV Beynəlxalq Musiqi Festivalı davam edir. Lent.az-ın məlumatına görə, Azərbaycan və dünya klassik musiqisinin yüksək səviyyədə təbliğ olunduğu festival çərçivəsində keçirilən konsertlərə hər gün musiqi dünyasının yeni simaları, solistlər, dirijorlar, vokalçılar, müxtəlif ölkələrdən klassik musiqi kollektivləri qatılır.
Avqustun 1-də musiqisevərlər səbirsizliklə gözlədikləri Rusiyanın "Moskva solistləri" orkestrinin konsertini izləyiblər. "Yeni Rusiya" Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, "Moskva solistləri" kamera ansamblının yaradıcısı, "Qremmi" mükafatının sahibi Yuri Başmetin rəhbərliyi ilə keçirilən konsertdə E.Qriqin "Holberq zamanları" süitası, İ.Starvinski və F.Şubertin viola və simli alətlər üçün əsərləri, P.Çaykovskinin "Serenada"sı səsləndiriblər.
Yüksək peşəkarlıqla təqdim olunan musiqi əsərləri tamaşaçıların zövqünü oxşamış və alqışlarla qarşılanıb.

Oxşar yazılar

Qadın hiyləsi haqqında 10 sitat
14 iyul 2025 , 18:35
Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO
14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO
14 iyul 2025 , 14:49Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21