Yaşar Nuri Bakıya qayıtdı
Türkiyənin Amerika Xəstəxanasında müalicə olunan Azərbaycanın xalq artisti, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, “Şöhrət” ordenli Yaşar Nuri vətənə qayıdıb. Bu barədə Lent.az-a xalq artistinin həyat yoldaşı Rəhimə Nuriyeva məlumat verib. Onun sözlərinə görə, Yaşar Nuri bu gün səhər saatlarında Bakıya gəlib.
Rəhimə Nuriyeva deyib ki, xalq artisti müalicə aldığı xəstəxananın həkimləri ilə birlikdə gəlib. Yaşar Nurinin hazırda özünü yaxşı hiss etdiyini söyləyən Rəhimə Nuriyeva bildirib ki, xalq artisti müayinə olunmaq üçün bir müddət sonra yenidən Türkiyəyə aparılacaq.
Qeyd edək ki, Yaşar Nuri ötən ilin noyabrından müalicə kursu keçir. Bakıda Mərkəzi Gömrük Xəstəxanasında müalicə aldıqdan sonra Türkiyənin Amerika Xəstəxanasında müalicəsini davam etdirib. İyunun 23-də Bakıya qayıdan xalq artistinin qəflətən hərarəti qalxdığı üçün o, yenidən Gömrük xəstəxanasına yerləşdirilib. İyulun 10-da isə yenidən Türkiyəyə aparılıb.
Jalə

Oxşar yazılar

Qadın hiyləsi haqqında 10 sitat
14 iyul 2025 , 18:35
Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO
14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO
14 iyul 2025 , 14:49Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21