Şəms Təbrizidən Mövlanəyə: İrfan xəzinəsində Azərbaycan izləri - FOTO
Lent.az-ın məlumatına görə, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin təşkilatçılığı və İslam Kofransı Gənclər Forumunun dəstəyi ilə konfransda Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov, millət vəkili sədri Qənirə Paşayeva, ziyalılar və mətbuat nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən Elşad İskəndərov İslam mədəniyyətinin bir nümunəsi olan İrfan mədəni irsinə Azərbaycan alim və mütəfəkkirlərinin verdiyi töhfələrdən danışıb və bu gün də həmin irsin dərindən öyrənilməsinin zəruri olduğunu qeyd edib.
Daha sonra çıxış edən Qənirə Paşayevaya bildirib ki, irfan və təsəvvüf tarixinin, ədəbiyyatının daha geniş şəkildə təbliğata ehtiyac var. O, Şəms Təbrizidən Mövlanayadək olan bütün məqamlardan danışaraq irfan alimlərinin islamın inkişafındakı rolundan söhbət açıb. Millət vəkili Şəms Təbrizi, Cəlaləddin Rumi, Şirvani, Bakuvi kimi irfan alimlərinin rolunu xüsusi qeyd edib.
Tədbirdə çıxış edən ilahiyyatçı alim, akademik Vasim Məmmədəliyev bildirib ki, qloballaşan dünyamızda islamın inkişafında Mövlanənin əsərlərinə xüsusi ehtiyac var. O deyib ki, Fars körfəzi müharibəsi zamanı amerikan ordusunun yüksək rütbəli zabitlərinin islamı qəbul etməsində "Qurani -Kərim"lə yanaşı Ruminin "Məsnəvi"sinin müstəsna rolu olub.
Tədbirin sonunda irfan mədəni irsinə həsr olunmuş tədbirlərin, silsilə tədbirlər olaraq davamlı keçirilməsi qərara alınıb.

Oxşar yazılar

Qadın hiyləsi haqqında 10 sitat
14 iyul 2025 , 18:35
Nəfəs kəsən 12 film - mütləq izləyin -VİDEO
14 iyul 2025 , 17:51
Xoşbəxt sonluqla bitməyən 5 SEVGİ FİLMİ - VİDEO
14 iyul 2025 , 14:49Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21