Ağdabanlı şair Qurbanın 150 illiyi qeyd edilib
Cəfər Cabbarlı adına Gəncə şəhər Dram Teatrında Ağdabanlı şair Qurbanın 150 illiyi ilə əlaqədar olaraq ədəbi-bədii gecə keçirilib. Lent.az-ın məlumatına görə, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB, Beynəlxalq Avrasiya Mətbuat Fondu, Kəlbəcər rayon İcra Hakimiyyətinin və “Aşıq Şəmşir” Mədəniyyət Ocağının təşkilatçılığı ilə keçirilən ədəbi-bədii gecədə aşıqlar qrupu, ziyalılar, folklorşünaslar, elm adamları və rayon ictimaiyyəti iştirak edib.
Tədbirə açılışı ədəbiyyatşünas, şair Məhərrəm Qasımlı edərək Ağdabanlı şair Qurbanın həyat və yaradıcılıq yoluna geniş nəzər salıb və gələn qonaqlara şair haqqında geniş, ətraflı məlumatları çatdırıb.
Daha sonra çıxış edən millət vəkili Qənirə Paşayeva çıxış edərək bildirib ki, Dədə Qurbanın 150 illik yubileyində iştirak etmək onun üçün fərəhdir: “Biz də bu gecənin həm iştirakçısı, həm də şahidləri olmaqdan çox məmnunuq. Cənubi Azərbaycanımızdan da, Təbrizimizdən də qardaşlarımız iştirak edir. Bu gün Dədə Qurbanın ruhunun şad olduğu gündür. Bir milləti yaşadan onun mədəniyyətidir. Bu gün biz sazın və sözün ətrafına toplaşmışıq. Burada hər ideologiyadan, hər fikirdən insanlar ola bilər. Amma bir baxın ki, bu insanları başına nə toplaya bilib. Saz və aşıq musiqisinin qüdrətini elə burdan duymaq olar. Saz və aşıq sənəti bir milləti öz ətrafında toplaya bilmək gücünə və iqtidarına malikdir. Biz Dədə Qurban bizim millətimiz var olduqca, yaşayacaq 300-400 il sonra da yad ediləcək”.
Tədbirə qonaq gələn Təbriz-Qaradağ aşıqları və Türkiyənin tanınmış müğənnisi Nursaç Doğanişık çıxış edərək, musiqilərini təqdim ediblər.
Sonda Türkiyənin tanınmış sənətçisi Nursaç Doğanişıka bizim milli musiqilərini təbliğ etdiyi üçün “Aşıq Şəmşir” Mədəniyyət Ocağının fəxri diplomu təqdim edilib. Həmçinin Təbriz-Qaradağ aşıq qrupunun hər bir üzvü də fəxri diplomlarla təltif olunub.
Möhtəşəm ifa və çıxışlar Təbriz-Qaradağ aşıqlarının təqdim etdiyi “müxəmməs” ilə yekunlaşıb.

1071