Gənclərin II Ümumrespublika Teatr Festivalına daha bir dəstək gəldi
Lent.az-ın məlumatına görə, festivalın keçirilməsini yüksək qiymətləndirən Məryəm Əlizadə bildirib ki, o, vətənpərvərlik mövzusuna həsr olunan birinci festivalı əvvəldən-axıradək izləyib: “Bu festival mənə çox doğma və çox da tanışdır. Ona görə ki, mən 1-ci Ümumrespublika Teatr Festivalının iştirakçısı olmuşam. Əvvəldən ta axıra qədər o festivalı izləmişəm. Təəssüratlarım o qədər zəngindir ki, bilmirəm haradan başlayım, haradan qurtarım. Cavanlar bu festivalda elə bir entuziazm nümayiş etdirirdilər ki, yaxşı mənada təəccüblənirdim.
Ekologiya mövzusuna həsr olunan bu ilki festivalın keçirilməsinə münasibət bildirən Məryəm Əlizadə qlobal məsələnin Azərbaycan teatrında layiqli tamaşalarda öz əksini tapacağına ümid etdiyini söyləyib: “Günümüzə səsləşir, addımbaşı bu mövzudan ssenari ideyası ortaya çıxa bilər. Ümumiyyətlə, mən deyim ki, gəncləri yaradıcılığı, yeni ideyalar tapılmasına sövq edən, onların düşüncə tərzinin ifadə olunmasına xidmət edən bu cür layihələri yalnız alqışlamaq olar. Çünki bu festivalın əhəmiyyəti böyükdür. Şübhəsiz inanıram ki, bu dəfə də yaxşı tamaşalar izləyəcəyik. Onların düşüncəsi yenidir, maraqlıdır. Mən festivalın sonunda sizinlə söhbətləşərkən deyəcəyəm; görürsünüz, Gənclərin II Ümumrespublika Teatr Festivalı ortaya necə istedadlı gəncləri tapıb çıxardı. Buna çox əminəm və sözümün də üstündə dayanıram”.
Məryəm Əlizadə festival boyu gənclərə dəstək verəcəyini söyləyib: “Vaxt tapsam mütləq gedib o tamaşalara baxacağam. Bir söz də deyim, o festivalların bir əhəmiyyəti də xüsusi vurğulamaq istəyirəm, gənclərin teatra olan ümidsiz maraqları artacaq, onlar özlərini tənha hiss etməyəcəklər, biləcəklər ki, dəstəkçiləri var. Mən özüm də bir teatr adamı kimi bu festivalı dəstəkləyirəm. Hər zaman da istənilən məsələdə məsləhətlər verməyə hazıram”.
Layihənin informasiya dəstəyi Guney.az və Lent.az xəbər portalları və Araz FM radiosudur.

1160