“Mahmud və Məryəm”i Göygöldə çəkməyə qoymayıblar
Bu barədə Lent.az-a filmdə “Qəmərbanu” obrazını canlandıran aktrisa Məlahət Abbasova məlumat verib. Onun sözlərinə görə, filmin Şəki, Qəbələdəki çəkilişləri başa çatıb. Sabahdan isə Atəşgahda çəkilişi davam etdiriləcək. O, bildirib ki, Azərbaycanda son çəkiliş İçərişəhərdə aparılacaq. Aktrisanın sözlərinə görə, artıq aktyorlar Türkiyəyə yola düşüb. Yalnız filmin prodüseri, aktyorlardan isə Mehmet Çevik( keşiş) və Aras Bulut (Mahmud) Azərbaycandadır. Onun sözlərinə görə, çəkilişlər avqustun 2-də başa çatdıqdan sonra onlar da Türkiyəyə qayıdacaq.
Çəkilişlərin yüksək səviyyədə aparıldığını deyən Məlahət Abbasova, proseslərdən Türkiyə nümayəndə heyətinin də razı qaldığını deyib: “Hər şey gözlədiyimizdən qat-qat artıq oldu. Azərbaycan aktyorlarının yüksək peşəkarlığı, eləcə də türkiyəli aktyorlarla yaxşı dil tapmağı işlərimizi yaxşı alınmasına yardım etdi”.
Məlahət Abbasova deyir ki, çəkiliş qrupu yalnız Göygöldə problemlə qarşılaşıb. Belə ki, orada çəkiliş aparılmağına icazə verilməyib: “Biz filmin çəkilişlərinin bir neçə hissəsini Göygöldə aparmaq istəyirdik. Amma orada bizə çəkiliş üçün icazə verilmədi. Əvəzində isə Türkiyədə Göygölə bənzər bir göl olduğunu söylədilər. Türkiyəyə gedəndən sonra çəkilişləri Göygöl adı ilə həmin ərazidə aparacağıq.
Qeyd edək ki, Türkiyənin “24 Kare” şirkəti tərəfindən çəkilən filmin rejissoru Mehmet Ada Öztekin, prodüseri Sevda Kayğızısızdır. Musiqisi Aygün Səmədzadəyə məxsusdur. Film baş rollarının ifaçısı Aras Bulut İynemli (Mahmud), Eva Dedovadır (Məryəm). Filmin ilkin hazırlıq və çəkilişlərində 150 nəfərlik heyət işləyir. Film 10 həftə ərzində çəkiləcək. “Mahmud və Məryəm” filmində Fəxrəddin Manafov, Məlahət Abbasova, Mehmet Çevik, Tomris İncer, Polat Bilgin, Şamil Süleymanov, Açelya Özcan, Murad Abdullayev, Şafak Başkaya, Rövşən Ağayev, İlker Kızmaz, Ramiz Məlikov, Ufuk Şən, məşhur Amerika və ingilis əsərlərində oynayan Kristina Krapela kimi tanınmış aktyorlarla bərabər Cemal Hünal da qonaq aktyor kimi iştirak edəcək. Filmdə 25 nəfərlik dublyor heyəti olarkən, sürpriz qonaq aktyorlar da çəkiləcək.
Film bir çox vizual effekti əks etdirəcəyi üçün post-produksion mərhələsi də 3 ay davam edəcək. 2012-2013-cü ildə Azərbaycan, Türkiyə və 9 Avropa ölkəsində kinoteatrlarda, daha sonra televiziyada göstəriləcək.
Jalə

963