Qəbələdə Azərbaycan və İtaliya musiqiçiləri bir səhnədə
30 iyul 2012 15:38 (UTC +04:00)

Qəbələdə Azərbaycan və İtaliya musiqiçiləri bir səhnədə

İyulun 27-də Qəbələdə Azərbaycan və İtaliya musiqiçiləri Avropa bəstəkarlarının əsərlərini səsləndiriblər. Lent.az-ın məlumatına görə, konsertdə musiqisevərlərə P.Sarasatenin, F.Pulentin, K. Debüssinin, J.Ninin, L.Delibin, A.Qlazunovun, M.İppolitovun, A.Arenskinin, C.Uilyamsın, K.Sen-Sansın, R.Leonkovallonun, P.Sorozabalın əsərləri təqdim edilib.

Avropanın klassik musiqisinin həvəskarları tanınmış pianoçu, Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Xalq artisti Murad Adıgözəlzadənin, vokalçılardan İtaliyanın R.Leonkovallo Musiqi Festivalının və eyni adlı musiqi fondunun rəhbəri Ottavio Palmierinin (tenor), Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti Fəridə Məmmədovanın (soprano), opera tamaşalarında müxtəlif rolların ifaçısı Səbinə Əsədovanın (messo-soprano), gənc ifaçılardan Səidə Tağızadənin, İlahə Sadıxzadənin (piano), Aleksey Miltıxın (violonçel) və Ümidə Abbasovanın (violin) çıxışlarını maraqla dinləyiblər.

Jalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 740

Oxşar yazılar