5 mədəniyyət xadimi işdən çıxarılıb
Azərbaycanın bir neçə mədəniyyət ocağında yaş senzi ilə bağlı ixtisarlar olub. APA-nın məlumatına görə, Dövlət Muğam Teatrının direktoru Arif Qazıyev, Uşaq Filarmoniyasının bədii rəhbəri, bəstəkar Oqtay Zülfüqarov, “Qaya” qrupunun rəhbəri Rauf Babayev, Uşaq Dövlət Filarmoniyasının rəhbəri Fərəh Şəkinksaya və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru, xalq artisti Cənnət Səlimova təqaüdə göndəriliblər. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev adı çəkilən mədəniyyət xadimlərinə bu müddət ərzində layiqli iş fəaliyyəti ilə məşğul olduqlarına görə təşəkkür edib və hər birinə 500 manat məbləğində mükafat yazıb.
Məsələ ilə bağlı APA-ya açıqlama verən Muğam Teatrının direktoru Arif Qazıyev deyib ki, o, teatrda bədii rəhbər vəzifəsini icra edəcək və bu, onu qane edir: “Artıq 24 ildir bu teatrda direktor vəzifəsindəyəm. Yaş da o yaş deyil ki, hər şeyin arxasınca qaçım. Bu, vaxtında atılmış addım idi. Amma mən teatrdan ayrılmayacağam, bu qurumda bədii rəhbər vəzifəsində olacağam”. A. Qazıyev deyib ki, teatra yeni direktor təyinatı Mədəniyyət və Turizm Nazirliyinin qərarı ilə olacaq.

878