“Sənətkarlıq paytaxtı”nda “Kulinariya turu”nun təqdimatı
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Victory Tour” turizm şirkətinin təşkilatçılığı ilə iyul ayının 18-19-da Quba rayonuna infotur keçirilib. Nazirliyinin Turizm şöbəsindən Lent.az-a verilən məlumata görə, turun yaradılmasında əsas məqsəd xarici turistləri Azərbaycanın zəngin milli mətbəxi ilə yaxından tanış etmək, bununla da Azərbaycanın qədim tarixini və mədəniyyətini nümayiş etdirməkdir.
Milli mətbəximizin təamlarını dadmaqla yanaşı, onların hazırlanma texnologiyaları ilə də tanış olan infotur iştirakçıları, aşpazların köməyi ilə mətbəximizin xörəklərini hazırlamaq imkanı da əldə ediblər. Milli Kulinariya Assosiasiyasının eksperti Nailə Mürsəlova və tanınmış aşpaz Fərhad Aşurbəyli iştirakçılara Azərbaycan mətbəxinin incəlikləri, buraya daxil olan yemək növləri haqqında ətraflı məlumat verib.

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06