Tanınmış aktrisamızın ölkədən çıxmasına qoyulan qadağa ləğv edilib
APA-nın məhkəmənin saytına istinadən verdiyi məlumata görə, Mehriban Xanlarovanın ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə Yasamal Rayon Məhkəməsinin qərarı ləğv edilib və iş baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılıb.
Qeyd edək ki, Azərbaycanın tanınmış aktrisası, əməkdar artist Mehriban Xanlarovanın ölkədən çıxması qadağan edilib. Bu barədə qərar aktrisanın daimi qeydiyyatda olduğu rayon üzrə Yasamal Rayon Məhkəməsi tərəfindən verilib. Məhkəmə qərarına əsas kimi M. Xanlarovanın borclu olması göstərilib. Rayon məhkəməsinin qərarından narazı qalan M. Xanlarova Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
Mehriban Xanlarova isə APA-ya açıqlamasında məsələnin hüquqi tərəfi ilə vəkilinin məşğul olduğunu deyib. Aktrisa bildirib ki, onu “Unibank” məhkəməyə verib. Məhkəməyə verilməsinin səbəbi isə həmin bank vasitəsi ilə kreditlə aldığın avtomobilin pulunun ödənməməsidir.
M. Xanlarova 21 min manat borcunun bir hissəsini artıq ödədiyini deyib: “Banka borcum indi 16 min manatdır. Deyirlər, banka nə isə əmanət qoy, mənim nəyim var ki, girov qoyum? 16 min manata görə adamın ölkədən çıxışına məhdudiyyət qoyarlar? Hara qaçacağam Azərbaycandan, 16 minə görə ölkədən qaçaram mən? Uzaqbaşı məhkəmə qərar verəcək, maaşımdan çıxacaqlar...”

Oxşar yazılar
Professor Rəhman Bədəlov vəfat etdi
9 iyul 2025 , 22:34
Baku TV-nin istehsal etdiyi “Söz” filminin təqdimatı keçirildi
9 iyul 2025 , 19:38
Azərbaycanda teatr direktoru istefa verdi
9 iyul 2025 , 12:32
Azərbaycan-İsrail kinematoqrafçılarının birgə filmi təqdim olundu - FOTO
9 iyul 2025 , 12:21
Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı
7 iyul 2025 , 18:29
Şəkidə “Şəhər günü” keçirilib -FOTOLENT
7 iyul 2025 , 10:10
Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi
4 iyul 2025 , 18:06