Türkiyəli prodüser: “Aktyor seçimində çətinlik çəkdik”
Bunu Lent.az-a açıqlamasında, xalq yazıçısı Elçinin “Mahmud və Məryəm” romanı əsasında çəkilən eyniadlı tammetrajlı filminin prodüseri Sevda Kayqısız deyib.
Artıq Bakıda olan prodüser bildirib ki, çəkilişlərin deyildiyi vaxtda baş tutmamasına səbəb onların hazırlıqsız olmasına görə olub: “Azərbaycanla Türkiyə arasında ilk böyük iş olduğu üçün çətinliklərimiz oldu. Biz aktyorları seçərkən bir qədər vaxt itirdik. Çünki Türkiyədə seriallar çox çəkilir. Aktyorlarımız məşğuldur. Həm də daha möhtəşəm bir iş ərsəyə gətirmək üçün hazırlıqlı olmağımız lazım idi. Ona görə də çəkilişlər bir neçə dəfə təxirə salınmalı oldu. Amma əminik ki, sonda mükəmməl iş təqdim edəcəyik. Çünki bunun üçün çox çalışmışıq”.
Prodüser bildirib ki, filmdə rol alan azərbaycanlı aktyorları da seçmək üçün bir qədər götür-qoy ediblər: “Azərbaycanlı aktyorların adlarını eşitmişdik. Daha yaxından tanımaq, işlərinə bələd olmaq üçün rol aldıqları filmləri diqqətlə izlədik. İnanırıq ki, seçimimizdə yanılmadıq”.
Filmin baş məsləhətçisi və Qəmərbanu obrazının ifaçısı Məlahət Abbasova bildirib ki, filmin aktyor heyəti axşam saatlarında Bakıda olacaq. Sabah isə çəkiliş qrupu ilə birgə geniş mətbuat konfransı keçiriləcək. İyulun 20-dən etibarən Şəkidə filmin çəkilişlərinə start veriləcək. Çəkilişlər Azərbaycan və Türkiyədə aparılacaq.
Azərbaycan çəkilişlər Bakının Suraxanı rayonu ərazisindəki “Atəşgah” məbədində, Şirvan, Qax, Qəbələ rayonlarında aparılacaq. Yeni ekran əsəri Azərbaycanın “Salnamə” və Türkiyənin “24 Karefilms” studiyaları tərəfindən istehsal olunacaq.
Filmdə Azərbaycan və Türkiyə aktyorları rol alacaqlar.
Jalə

715