84-cü teatr mövsümü yekunlaşdı
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında mövsümün son tamaşası olan “Rəvayəti - Şahzadeyi - Xəzər” tamaşasına ictimai baxış keçirilib. Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, pyesin müəllifləri gənc dramaturq Kamran Ağabalayev və istedadlı rejissor və aktyor Nicat Kazımovdur.
İki hissəli mistik dramın quruluşçu rejissoru və rəqslərin quruluşçusu da müəlliflərdən biri Nicat Kazımovdur. Quruluşçu rəssamı Elşən Sərxanoğlu olan səhnə əsərinin musiqi tərtibatı İradə Muradovaya, döyüş səhnələri və tryukların quruluşu İsa Əsədova məxsusdur.
Tamaşada Azərbaycan ədəbiyyatının ən qədim növü sayılan şifahi xalq ədəbiyyatının ən gözəl nümunələrindən sayılan bir neçə nağılın birləşməsindən istifadə olunub.
Səhnə əsərində rolları xalq artistləri Ağaxan Salmanlı, əməkdar artist Kübra Dadaşova, aktyorlar Nicat Kazımov, Sona Babayeva, Kərəm Hadızadə, Manaf Dadaşov, Günel Məmmədova, Elnur Kərimov, Vüsal Mehrəliyev, Nigar Məmmədova, Səfa Mehdi, İlham Əsədov, Asya Atakişiyeva, Zülfiyyə Alhüseynova, Təhminə Məmmədova, Ceyhun Məmmədov, Emin Sevdiməliyev, Natiq Fərzəliyev, Elşən Hacıbabayev, Elşən Şıxəliyev, Elnur Hüseynov, Simuzər Ağakişiyeva, Eşqin Quliyev, Xalidə Əliməmmədova, Müşfiq Əliyev, Xəyal Salahov, Mirzə Ağa Mirzəyev, Rahib Axundov, Yusif Dadaşov, Elgün Yəhyayev, Anar Seyfullayev, Vahid Orucoğlu, Araz Pirimov, Cavanşir Məhərrəmov ifa edəcəklər.
Bununla da maraqlı tamaşalar, həyata keçirdiyi layihələri ilə yadda qalan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 84-cü mövsümünü yekunlaşdırıb.
Məlumat üçün bildirək ki, teatr yeni – 85-ci mövsümünü sentyabrın 22-də M.F.Axundzadənin “Müsyo Jordan və dərviş Məstəli şah” komediyası ilə açacaq.
Böyüklər üçün axşam tamaşası kimi oynanılan bu tamaşa ilə yanaşı, uşaqlar üçün gündüz “Rəvayəti - Şahzadeyi - Xəzər” yeni mövsümün ilk premyerası olacaq.
Jalə

938